Rusiya Xarkovu atəşə tutub: 6 nəfər ölüb, yaralılar var

img

18-08-2022 [10:04]


Ukraynanın Xarkov şəhərinin Saltovski rayonunun atəşə tutulması nəticəsində güclü yanğın baş verib

Bu barədə Xarkov Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

O bildirib ki, yaşayış infrastrukturunun yenidən atəşə tutulması zamanı yaranan partlayışda azı 6 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Həlak olan və yaralananların sayının artacağı gözlənilir.

Ukrayna Prezidenti Volodimir Zelenski öz növbəsində bildirib ki, Xarkovun ruslar tərəfindən atəşə tutulması dinc əhaliyə qarşı alçaq və kinli zərbədir, bunun heç bir əsası yoxdur və təcavüzkarın acizliyini nümayiş etdirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA