20-08-2016 [22:56]
"Azərbaycanın apardığı daxili və xarici siyasət göstərir ki, ona qarşı aparılan qərəzli yanaşmaların heç bir nəticəsi olmayacaq".
Bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə müsahibəsində deyib.
Novruz Məmmədov bəzi beynəlxalq qurumların Azərbaycana olan qeyri-obyektiv mövqeyinə münasibət bildirərək qeyd edib ki, Azərbaycan bu gün regionun sabit, təhlükəsiz ölkəsi olaraq öz siyasətini davam etdirməkdədir:
"Bəzən Qərb dairələri, beynəlxalq qurumlar və dövlətlər Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Lakin sonradan onlar özləri bunun heç bir nəticə vermədiyini gördükdə yenidən Azərbaycana tərəf addım atmağa başlayırlar".
Prezident Administrasiyası rəhbərinin müavini hazırda belə bir halın müşahidə olunduğunu deyib. O, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan ciddi zərər vurmaqda şübhəli bilinərək həbs edilən "Real” hərəkatının icra katibi Natiq Cəfərli ilə bağlı bəzi beynəlxalq qurumların verdiyi bəyanatların da qərəzli olduğunu bildirib.
"Bu cür addımlar, ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri heç vaxt nəticə verməyəcək. Azərbaycana qarşı bu ikili standartlardan əl çəkmək lazımdır. Azərbaycan 25 ildir öz seçdiyi yol ilə düzgün və uğurla, beynəlxalq əlaqələrini də daim inkişaf etdirərək, möhkəmləndirərək gedir”,- deyə, N.Məmmədov diqqətə çatdırıb.
Bəzi beynəlxalq qurumların Azərbaycanın həyata keçirdiyi müstəqil daxili və xarici siyasəti həzm edə bilmədiklərini vurğulayan Prezident Administrasiyası rəsmisi ölkəmizin heç bir dövlətin nəzarəti altında olmadığını və bundan sonra da olmayacağını qeyd edib. O, Ermənistanda baş verən son hadisələrə də toxunaraq deyib ki, bu ölkədə bir-birinin ardınca mitinqlər, etiraz aksiyaları keçirilir və onlarla insanın hüququ pozulur. Bunu beynəlxalq təşkilatlar da bilir, amma nə bəyanat verir, nə də mövqe bildirirlər. Novruz Məmmədovun fikrincə, ikili standartlardan biri də budur.
Prezident Administrasiyasının rəsmisi iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı baş verən hadisələrə də toxunub.
O bildirib ki, "FETÖ” təşkilatı bəzi dairələrdən qaynaqlanır və bununla əlaqədar Türkiyə ilə yanaşı, Azərbaycanda da araşdırmalar aparılır. Bu hadisələrin arxasında dayanan qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər və "FETÖ”çuların buradakı tərəfdarlarının hamısı üzə çıxarılacaq.
N.Məmmədov deyib: "Azərbaycanda bu məsələ ilə bağlı atılan addımlar, aparılan tədqiqatlar göstərir ki, bu təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkəmizdəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir. Azərbaycan dövlətinə və dövlətçiliyinə, onun maraqlarına ziyan vurmaq cəhdlərinin qarşısı hər vasitə ilə alınacaqdır. Düşünürəm ki, bu proseslərdə də bizə heç bir təzyiq göstərməyə ehtiyac yoxdur. Azərbaycan seçimini edib və öz yolu ilə gedir”.
Avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin ilk üçtərəfli görüşünə toxunan Novruz Məmmədov "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin əsrin ən böyük layihələrindən biri olduğunu vurğulayıb. Prezident Administrasiyası rəsmisi deyib: "Onlarla ölkəni birləşdirəcək bu nəqliyyat dəhlizi bu gün üçün dövlətlərin inkişafının, onların sabitliyinin və təhlükəsizliyinin təmini üçün çox böyük addımdır. Ola bilsin ki, bu da müəyyən mənada dolayı yollarla Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilir. Bir daha təkrar edirəm ki, Azərbaycan öz yolu ilə gedir, düzgün addımlar atır və ölkəmiz də ona qarşı atılan bütün addımların cavabını verir, onları qəbuledilməz hesab edir”.
N.Məmmədov müsahibəsində Azərbaycana qarşı atılan addımların heç bir nəticə verməyəcəyinə əminliyini vurğulayıb.
Azertac
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi