Mehriban Əliyeva ilə Leyla Əliyeva Mövlanə muzeyində - FOTOLAR
MƏDƏNİYYƏT
09.08.2022, 18:33
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 9-da Türkiyənin Konya şəhərində Mövlanə muzeyini ziyarət ediblər.
Mia.az xəbər verir ki, Konya Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əbdülsəttar Yarar Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva muzey barədə məlumat verib.
Bildirilib ki, Türk və İslam dünyalarının ən böyük sufilərdən olan Mövlanə Cəlaləddin Ruminin Konyanın Karatay səmtində yerləşən muzeyi 1926-cı ildən Mövlanənin yaşadığı bina kompleksində fəaliyyət göstərir. Mədəniyyət ocağı həm də “Mövlanə türbəsi” kimi tanınır. Hündürlüyü 25 metr olan türbə dörd qalın – “fil ayaq” adlanan sütunlar üzərində tikilib. Türbənin əsas günbəzi firuzəyi rəngli olduğundan “Yaşıl qübbə” adlandırılır. İçəridən piramida formalı olub üç tərəfi açıq, cənub tərəfdən isə divarlarla örtülü olan türbənin üstü qızılı ulduzlar, zəminləri isə müxtəlif rənglərlə boyanıb. Qübbənin yuxarısında ağ xəttlə “Bismillah” və “Ayətül kürsü” həkk edilib.
Qeyd edilib ki, muzeydə Mövlanə ilə oğlu Sultan Veledə aid iki məzar var. Burada Osmanlı dövründə hədiyyə olunan nadir əsərlər nümayiş etdirilir. Ekspozisiyanın 4 qapısı – “Dərviş”, “Hamuşan”, “Çələbiyan” və “Pir” qapıları mövcuddur. Türbənin önündə Osmanlı dövrünün dövlət xadimlərindən olan Mahmud Paşa tərəfindən tikilən gümüş qəfəs var.
Diqqətə çatdırılıb ki, kompleksdə yer alan məsciddə Qaramanoğulları və Osmanlı dövrlərinə aid əlyazma, “Qurani-Kərim”in nüsxələri, Məsnəvilər və miniatür əl yazmaları ilə xalı səccadələr nümayiş etdirilir.
Vurğulanıb ki, “Tilavət” adlanan otaq hazırda muzeyin xəttatlıq sənəti nümunələrinin nümayiş olunduğu bölmə kimi fəaliyyət göstərir. Ekspozisiyada Osmanlı dövrünün məşhur xəttatlarından sayılan Mahmud Cəlaləddin, Mustafa Raqim, Hülusi, İzzət, Yesarizad, Sultan II Mahmud kimi xəttatların lövhələri də var.
Daxil-i Üşşaq salonuna gümüş qapılardan daxil olurlar. Üstü üç qübbə ilə örtülmüş bu sahənin şimal tərəfində Xorasan Ərlərinə aid tabutlar və gümüş qəndillər var.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Qalatasaray”dan ayrılan yarımmüdafiəçi 3-cü liqa komandasına keçdi
Bugün, 00:20 İDMAN
-
Amerikalı jurnalist "Ölkənizin harada olduğunu bilmirik” dedi, belə cavab aldı: “Bu, bizim deyil, sizin problemdir”
Bugün, 00:13 İDMAN
-
Ukrayna dronu Trabzonda ağaca çırpıldı – FOTO
Bugün, 00:05 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 GÜNDƏM
-
Venesuelada zəlzələ: ölənlərin sayı 2295-ə çatıb
01.07.2026, 23:56 DÜNYA
-
ABŞ vitse-prezidenti: “Əgər İran..."
01.07.2026, 23:22 GÜNDƏM
-
Azərbaycan və Avropa Komissiyasının prezidentləri görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
01.07.2026, 23:18 GÜNDƏM
-
Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü
01.07.2026, 22:51 CƏMİYYƏT
-
İqbal Ağazadənin adıyla jurnalistə kələk gəldilər - 600 manat getdi, DİN məsələni nəzarətə götürdü (FOTO)
01.07.2026, 22:48 CƏMİYYƏT
-
Hikmət Hacıyev Aİ Prezidentinin Bakı səfərində paylaşım etdi - Açıqlama + FOTO
01.07.2026, 20:41 SİYASƏT
-
Elnur Hidayətoğlu TƏBİB-dən getdi: "İnsana qalan elə budur: yaxşı münasibət..."
01.07.2026, 18:53 PRESS
-
Seneqallı hücumçu Türkiyə klubundan xəbərsiz ayrılıb
01.07.2026, 18:52 İDMAN
-
DÇ-2026: Meksikada şənlik faciə ilə bitdi, ölənlər var
01.07.2026, 18:14 İDMAN
-
Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşüb
01.07.2026, 18:06 CƏMİYYƏT
-
Musiqi üzrə qabiliyyət imtahanları başlayıb
01.07.2026, 18:01 MƏDƏNİYYƏT
-
Tramp: “Əsas odur ki, İran bu şərti qəbul edib"
01.07.2026, 17:47 GÜNDƏM
-
İspaniyada son 65 ilin ən isti ayı qeydə alınıb
01.07.2026, 17:34 DÜNYA
-
“QHT işi”: ittiham olunanlardan birinin cəzası azaldılıb
01.07.2026, 17:31 SİYASƏT
-
“Azercell” ahıllara dəstək oldu - FOTOLAR
01.07.2026, 17:17 CƏMİYYƏT
-
Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi görüşüb
01.07.2026, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
01.07.2026, 17:00 İQTİSADİYYAT
-
Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib - FOTO
01.07.2026, 16:58 GÜNDƏM
-
Partiya sədri aktyoru hədələdi: “Biz o dili qoparacağıq!"
01.07.2026, 16:20 SİYASƏT
-
Hesablama Palatası: "Satınalma auditində korrupsiya və maraqlar toqquşması riskləri xüsusi qiymətləndirilir"
01.07.2026, 16:08 İQTİSADİYYAT
-
İzmir bələdiyyə sədri AKP-yə keçir? – Açıqlama
01.07.2026, 15:59 SİYASƏT
-
Azərbaycanda İlham Əliyevin reytinqi ilə bağlı - SORĞU
01.07.2026, 15:53 SİYASƏT
-
AQTA Ukrayna istehsalçı şirkətə qoyulan məhdudiyyəti aradan qaldırıb
01.07.2026, 15:17 İQTİSADİYYAT
-
Leyla Əliyeva "Azəripək" ASC-nin fəaliyyəti ilə yaxından tanış olub - FOTOLAR
01.07.2026, 15:08 İQTİSADİYYAT
-
Deniz Akkaya saxlanılıb
01.07.2026, 14:43 ŞOU-BİZNES
-
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı - SİYAHI
01.07.2026, 14:29 PRESS
-
Bazar günü qəbul imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq
01.07.2026, 14:26 GÜNDƏM
-
Rövnəq Abdullayevin qızının əri, Zakir Nuriyev və... - Onların illik qazancı açıqlandı
01.07.2026, 14:18 İQTİSADİYYAT
-
Tanınmış musiqiçi avtomobil qəzasında vəfat edib
01.07.2026, 14:11 MƏDƏNİYYƏT
-
39 sayta pul ayrıldı - SİYAHI
01.07.2026, 13:59 PRESS