Qazaxıstan XİN-dən Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat: "Qardaş dövlətə hər cür dəstəyi verməyə hazırıq"

img

05-08-2022 [23:50]


Qazaxıstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı bəyanat yayıb.

Mia.az xəbər verir ki, bəyanatda səfirliyimizə hücum pislənilib:

"Bu il avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar diplomatik nümayəndəliklərə və onların şəxsi heyətinə qarşı hər hansı zorakılıq təzahürünü yolverilməz hesab edirik. Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür əməllər ümumbəşəri qınaq obyektidir və onların təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün hərtərəfli araşdırma tələb edir.

Biz Azərbaycan xalqının dözümlülüyünə əminik və çətin vəziyyətlərdə qardaş dövlətə hər cür dəstəyi verməyə hazır olduğumuzu bildiririk”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:21 18.08.2022

Qorxulu adamlar...