Azərbaycan kuboku - Yarımfinal

img

16-04-2014 [09:57]


Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Qol.Az-ın məlumatına görə, ilk qarşılaşma Qəbələdə keçiriləcək. Burada yerli "Qəbələ" klubu "Xəzər Lənkəran"ı qəbul edəcək. Qonaqların çempionatda iddiası qalmadığını, meydan sahiblərinin isə avroliqada məhz kubok vasitəsi ilə oynamaq istədiklərini nəzərə alsaq, komandalar arasında gərgin mübarizə gedəcəyini demək olar. Digər oyunda isə "Neftçi" öz meydanında "Rəvan"ı qəbul edəcək. Bu komandalar indiyədək kubok oyununda üz-üzə gəlməyib. "Rəvan" ilk dəfədir ki, yarımfinalda mübarizə aparır. "Ağ-qaralar" görüşün favoriti sayılsa da, "Rəvan"ın da asan təslim olmayacağı bəllidir. Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 24-də keçiriləcək. 16 aprel Azərbaycan kuboku, yarımfinalın ilk oyunları 16:00. "Qəbələ" - "Xəzər Lənkəran" Qəbələ şəhər stadionu. 19:00. "Neftçi" - "Rəvan" Bakı. 8-ci km qəsəbə stadionu

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA