Borreldən İrana xəbərdarlıq: "Sizin üçün bundan yaxşı şərait olmayacaq”

img

27-07-2022 [15:43]


“İran nüvə razılaşmasını indi imzalamalıdır. Sizin üçün bundan yaxşı şərait olmayacaq”.

Bunu Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel “The Financial Times”də dərc olunan məqaləsində bildirib.

“Qərb maksimum çeviklik nümayiş etdirib və İran daha əlverişli şərtlər almayacaq”, - o vurğulayıb.

Ali nümayəndə qeyd edib ki, razılaşmadan imtina nüvə böhranı riskini əhəmiyyətli dərəcədə artıracaq, eləcə də İranın və vətəndaşlarının beynəlxalq təcridi ilə nəticələnəcək.

Bir müddət əvvəl nüvə məsələsi üzrə “altılıq” və Avropa İttifaqı ilə danışıqlarda İran nümayəndə heyətinin başçısı Əli Baqiri-Qəni öz təkliflərinin olduğunu bildirimişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA