Müsavatın Qaradağ təşkilatına 10 il sədrlik edən şəxs istefa verdi

img

07-08-2016 [19:02]


Müsavat sıralarından istefalar ara vermir. Redaksiyamıza bu partiyanın funksionerlərindən birinin istefa bəyanatı daxil olub. Həmin bəyanatı olduğu kimi təqdim edirik:

"Müsavat Partiyası Qaradağ rayon təşkilatının üzvü Akif İldırım oğlu Nəcəfli tərəfindən
bəyanat.

1992-ci ildən Müsavat Partiyasının üzvüyəm. Bu müddət ərzindəki siyasi fəaliyyətimdə hazırki rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalmış və dəfələrlə həbs olunmuşam. Lakin bütün bunlara baxmayaraq mübarizə yolumdan bir addım da olsa geri çəkilməmiş, daim mübarizənin önündə olmuşam. 2006-2016-cı illərdə partiyanın Qaradağ rayon təşkilatına rəhbərlik etmişəm. Partiyanın 8-ci qurultayında Arif Hacılı partiyanın başqanı postuna gətiriləndən sonra partiyada azad sözə, demokratik fikirlərə basqılardan narahatlığımı dəfələrlə ifadə etsəm də, heç bir müsbət addımın atıldığının şahidi olmamışam, əksinə, bu basqıların getdikcə repressiv tədbirlərlə əvəzləndiyini böyük təəssüf hissi ilə müşahidə etmişəm. 2015-ci il parlament seçkilərində Müsavat Partiyasını ələ keçirmiş bir qrupun siyasi oyunbazlığı indi də davam etməkdədir. Belə ki, seçki məntəqələrinin dörddə birinə nəzarət etmək gücündə olmayan bir təşkilatın əvvəl seçkiyə gedib, sonra seçkiyə iki gün qalmış boykot taktikası seçməsi anlaşılan deyil və bu vəziyyət indi də davam etməkdədir. Hesab edirəm ki,bu hakimiyyətin hərəkətlərinə legitimlik donu geyindirməkdir.

Odur ki, Müsavat Partiyasının son dövrlərdə tutduğu siyasi xəttin müxalifətçilik oyunu olduğunu, partiyanın siyasi qalmaqallarla gündəmi dəyişdirməyə cəhd etdiyini düşünərək Müsavat Partiyasının sıralarından istefa verirəm! "

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA