Şəbnəm Tapdıq jurnalistə əl qaldırdı - RƏZALƏT

img

15-04-2014 [17:19]




 "Düz üzünə” verilişinin növbəti qonağı olan əməkdar artist Şəbnəm Tapdıq veriliş çəkilişində jurnalistə əl qaldıraraq təhqir edib.

 Mia.az Aktual.az-a istinadən xəbər verir ki, müğənni verilişdə rəfiqəsinin çıxış etməsini özü xahiş edib. Xanım isə Şəbnəm Tapdığın gizli saxladığı 90-cı illərdəki Türkiyə səfəri və onun orda bir neçə əməliyyat keçirməsi ilə bağlı məlumatı açıqlayıb. Fikirlər Şəbnəm xanımın xeyli əsəbiləşməsinə və aqressivləşməsinə səbəb olub. Jurnalist Alim Nəbioğlunun Şəbnəm xanıma verdiyi sual isə müğənninin lap özündən çıxarıb. Əsəbiləşən xanım jurnalistə stolun üzərindəki əşyaları ataraq, onu hədələyib və nalayiq söyüşlərlə təhqir edib.

Verilişin yaradıcı heyəti mübahisəni aradan qaldırmaq və Şəbnəm xanımın əsəblərinin sakitləşdirilməsi üçün xeyli çalışmalı olub. Jurnalist Alim Nəbioğlunun xanımdan heç bir qəbahəti olmasa da, üzr istəməsinə baxmayaraq, Şəbnəm xanım təkidlə jurnalistin verilişdə iştirak etməməsini istəyib. Alim Nəbioğlu "Düz üzünə” verilişinin hər buraxılışında çıxış etsə də, bu dəfə sona qədər iştirak edə bilməyib.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün Şəbnəm Tapdıqla əlaqə saxladıq. Müğənni aktual.az-ın telefon zənginə belə cavab verib: "Sizin başqa işiniz yoxdur? Mənə zəng vurmayın!”


Digər xəbərlər
SON XƏBƏRLƏR