Natiq Cəfərli: “Təcili surətdə ”tarladan süfrəyə” sisteminə ehtiyac var” - Niyə bahalıqdır?
05-07-2022 [15:10]
Neçə illərdir ki, azərbaycanlı fermerlərin məhsullarını – xüsusən kartof-soğan, kələm, çöl pomidoru – sata bilməməsi tendensiyası davam edir. Hazırda da eyni vəziyyətdir. Kəndlilər deyir ki, kartof-soğanı maya dəyərinə belə sata bilmirlər. Buna dair sosial şəbəkələrdə son günlərdə xeyli video, açıqlama yayılıb.
Bakıda isə bu yerli məhsullar heç də ucuz deyil.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı və Abşeronda vaxtaşırı “Kənddən şəhərə” yarmarkaları keçirsə də, qiymətlərdə hələ ki dəyişiklik hiss olunmur.
Niyə belə vəziyyət yaşanır? İdxal malları yerli məhsulların satışı əngəlləyir, yoxsa keyfiyyət, tələb-təklif məsələsidir?
Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov “Yeni Müsavat”a danışıb: “Hesab edirəm ki, burada əsas problem bazardakı monopoliya, inhisarçı amillərin mövcud olması ilə bağlıdır. Çünki əgər istehsalçının və tədarükçünün bazara çıxış imkanı yoxdursa, deməli, ortada ancaq izah olunan bir məqam qalır ki, həmin bazar başqa qüvvələrin nəzarəti altındadır.

Pərviz Heydərov: “Bu problemi həll etmək üçün hökumətdən nəsə tələb edə bilmərik, çünki… ”
Burada həmçinin idxal məhsullarının da rolu var. Bundan başqa, yerli istehsalçıların bazara daxil olarkən məhsullarının ziyanlaşması problemi də ola bilər. Ümumiyyətlə, hesab edirəm ki, pərdəarxası çox sayda subyektiv səbəblər mövcud ola bilər.
Neçə illərdir ki, dövlət və hökumət, Kənd Təsərrüfatı Nazirliyi bu sahədə nə qədər iş və siyasət aparsa da, faktiki olaraq heç bir dəyişiklik baş vermir. Elə indi də yarmarkalar təşkil edildi. Amma bu yarmarkaların özləri bazardakı qiymətin müəyyən olunmasına, formalaşamasına təsir edə bilmədi və vəziyyət bu cür davam edir. Bu, yerli kənd təsərrüfatı məhsullarının maya dəyərinin yüksək olması ilə də bağlıdır. Yəni yerli istehsala və tədarükə məxsus məhsulların maya dəyəri yüksəkdir və o, bazara daxil olanda üzərinə əlavə haqq gələndə məhsulun qiyməti elə bir formaya gəlib çıxır ki, həmin bazarda onun satılması məsələləri artıq problemə çevrilir.
İstehsalçı və tədarükçülərin bazarlarla bağlı şikayətləri onların bazarlara əlçatanlığının pis olması ilə deyil, öz məhsullarını bazara çıxarıb sata bilməməkləri ilə bağlıdır.
Bir məsələ də var ki, bu problemi həll etmək üçün hökumətdən nəsə tələb edə bilmərik, çünki hökumət nəzarətdə olan inhisarçı sahiblər deyil ki, birbaşa müdaxilə etsin ki, “ay satıcı, sən məhsulu bu qiymətə deyil, ucuz qiymətə sat”. Bunu heç cür tənzimləmək mümkün deyil.
Beləliklə, burada əsas amil – aqrar məhsullardan tutmuş meyvə və digərə qədər, onların maya dəyərinin yüksək olması ilə bağlı problemi aradan götürmək, buna nail olmaq lazımdır.
Digər bir məsələ də var, əksər rayonlarımızda meyvə-tərəvəz emalı, konserv zavodları var. Həmin zavodların hamısı demək olar ki, yaxşı işləyir. Lakin camaatın həyətyanı sahələrində əkib-becərdiyi məhsulları əlində qalıb. Bəs yaxşı, əgər zavod işləyirsə, hansı məhsullarla işləyir? Əlbəttə ki, bunlar “poroşok”, kənardan alınan meyvə tozu məhsullardır, hansı ki, onların maya dəyəri həddən artıq aşağı olduğuna görə xammalla işləməkdən, kəndlinin əlində qalıb, çürüməkdə olan məhsulu almaqdan sərfəlidir. Yəni belə amillər də var. Kəndli də məhsulunu maya dəyərindən aşağı sata bilməyəcək. Çünki onun da başqa tələbləri var, bazara nəsə verəndə, həm də bazardan nəyisə də alır”.

İqtisadçı Natiq Cəfərli isə qeyd etdi ki, problemin əsas səbəbi məhsulların birbaşa çatdırılması ilə bağlıdır:
“Bir müddət əvvəl Azərbaycan hökuməti ”tarladan süfrəyə konsepsiyası”nı qəbul etmişdi, lakin bunu reallaşdıra bilmir. Yəni elə bir sxem qurulmalıdır ki, mal və məhsulların tarladan süfrəyə, fermerlərdən əhaliyə çatdırılması daha asanlaşsın və fermerlərə rahat olsun. Fermerlər hər gün yığdıqları məhsulu gətirib bazarda sata bilməz və bu fiziki olaraq da mümkün deyil, həmçinin xərc də tələb edir. Gündə hər bir fermer kənddən 3-5 yeşik meyvə-tərəvəz yığırsa, onu hər dəfə gətirib sata bilmir. Elə bir sistem qurulmalıdır ki, eyni kənddən olan insanlar növbəlilik prinsipi ilə bazara birbaşa məhsul çıxara bilsin. Bu, əslində heç çətin bir şey də deyil. Kifayət qədər asanlıqla bu sistemi qurmaq mümkündür, lakin təəssüf ki, hələ də bu qurulmayıb. Nəticədə fermerlər öz məhsullarını daha ucuz satmağa məcbur olur, Bakıda isə qiymətlər düşmür. Hesab edirəm ki, təcili surətdə “tarladan süfrəyə” sisteminə ehtiyac var”.
Bakıda meyvə-tərəvəzin qiymətinin yüksək olmasına gəldikdə isə məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Lent.az saytına açıqlamasında bildirib ki, bazarlarda qiymətlər tələb-təklif əsasında müəyyən edilir:
“Qiymətlərini dövlət tənzimləməyən malların, işlərin, xidmətlərin, o cümlədən meyvə-tərəvəzin qiymətini bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri sərbəst müəyyən edir. Ölkəmizdə meyvə-tərəvəz məhsulları əsasən fərdi təsərrüfatlarda yetişdirilir və istehlak bazarına təqdim edilir. Buna görə də onların qiymətlərinin formalaşmasına mövsümi amillər, regionlardan bu cür məhsulların tədarük edilərək paytaxt və digər iri şəhərlərə satış üçün daşınması ilə bağlı müvafiq xərclər, hava şəraiti ilə əlaqədar yığılan məhsulların yararsız hissəsinin maya dəyərinə əlavə olunması və digər amillər təsir edir. Keyfiyyətinə, mənşəyinə və digər xüsusiyyətlərinə görə istehlak bazarının müxtəlif məntəqələrində (bazarlar, yarmarkalar, şəbəkə və müstəqil pərakəndə satış mağazaları və s.) fərqli qiymətlərlə meyvə-tərəvəz məhsulları təklif olunur. İstehlakçılar öz ehtiyaclarına görə keyfiyyəti və qiyməti onlara daha sərfəli olan məhsulları seçərək ala bilərlər.
Əlavə olaraq bildiririk ki, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkənin istehlak bazarında qiymət manipulyasiyalarına yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər keçirir. Əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti istehlak bazarında gündəlik monitorinqlər aparır. Tədbirlər çərçivəsində Dövlət Xidməti həmçinin bir sıra qida məhsullarının qiymətində olan dəyişikliklərin antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olmasının yoxlanılması məqsədilə bazarda araşdırmalar aparır”.
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb