Ermənilər yenə mövqelərimizi atəşə tutdu: "Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır" - MN-dən açıqlama

img

04-07-2022 [10:06]


İyulun 4-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutub.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb: "Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır".


Digər xəbərlər
SON XƏBƏRLƏR