Röya: "Zamiq, dilin yansın"

img

14-04-2014 [12:53]


"Gör nələr olur" adlı yeni klipini təqdim edən məşhur müğənni Zamiq Hüseynov maraqlı açıqlamalar verib. Yerli telekanallardan birində yayımlanan verilişdə canlı olaraq klipinin təqdimatını keçirən Zamiq həmin gün yanında olmağını istədiklərinin gəlmədiklərindən söhbət açıb. Belə ki, Zamiq xalq artisti Brilliant Dadaşovanın gəlməsini gözləsə onun istəyi yerinə yetməyib.

Hər zaman medianın gündəmində olan müğənni Röya Ayxan da bu məsələyə soyuqqanlı yanaşa bilməyib. O, Zamiqin klip təqdimatında B. Dadaşovanın iştirak etməməsinə münasibət bildirib. Röya bu məsələ ilə əlaqəli olaraq müsahibəsi zamanı bu sözləri bildirib:

"Zamiqin kiminsə dəstəyinə ehtiyacı yoxdur. Zamiq, dilin yansın, niyə ad çəkirsən, gələndirlər ki? Zamiqin özünə nə olub ki, ona dəstək verən lazımdır? Biz "Səninlə” duetini oxumuşuq, mən onun yanında olmalıydım. Bu gün çox gözəl keçdi”.

Zamiq isə öz növbəsində xalq artistinin təqdimatda iştirak etməməsinə münasibət bildiridiyi zaman heç kimə dəvət göndərmədiyini bildirib. "Sadəcə olaraq istədim yanımda dostlarım olsun, rejissor olsun. Bir nəfər də dedi gələcəm, amma gələ bilmədi”.

Digər xəbərlər
SON XƏBƏRLƏR