ABŞ-ın Maliyyə Nazirliyi: "Son 100 gündə Rusiyanın 330 milyard dolları dondurulub"

img

29-06-2022 [16:57]


ABŞ hökuməti son 100 gündə Rusiya Bankına (Mərkəzi Bank) və bu ölkənin vətəndaşlarına məxsus 330 milyard dollar vəsait dondurub və yaxud blok edib.

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmin vəsaitin 300 milyard dolları Rusiya bankına, 30 milyard dolları isə rusiyalılara məxsusdur.

Xatırladaq ki, ABŞ fevralın 24-dən Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq 1-ciyə qarşı müxtəlif sanksiyalar tətbiq edib, bu ölkənin rəsmi şəxslərinin və iş adamlarının adlarını “qara siyahıya” salıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA