ERMƏNİLƏR LAÇINDAKI MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTDU: "Adekvat cavab tədbirləri görülüb"

img

24-06-2022 [13:53]


İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Mia.az Azərbaycan Müdafiə Nazirliyinə istinadla bildirir ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR