Leyla Əliyeva İsveçrdə IUCN və WWF International təşkilatlarının rəhbərləri ilə görüşüb - FOTOLAR
16-06-2022 [16:49]
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Qland şəhərində Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) baş direktoru Bruno Oberle və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) baş direktoru Marco Lambertini ilə ikitərəfli görüşlər keçirib.
IDEA İctimai Birliyindən Mia.az-a verilən məlumata görə, IUCN-nin baş direktoru ilə görüş zamanı Cənubi Qafqaz regionunun özünəməxsus bioloji müxtəliflik nümunələrinin qorunub saxlanması ilə bağlı mövcud vəziyyət müzakirə edilib, təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yeni birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Leyla Əliyeva IDEA İctimai Birliyinin dünyada ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ilk və ən böyük beynəlxalq təşkilat olan IUCN-nin üzvü olmasından məmnunluğunu ifadə edib və qurumun rəhbərini Azərbaycana səfər edərək ölkəmizin zəngin təbiəti və bioloji müxtəlifliyi ilə yaxından tanış olmağa dəvət edib.
Daha sonra dünyanın 100-dən çox ölkəsində minlərlə təbiəti mühafizə layihələri həyata keçirən WWF-in baş direktoru ilə görüş keçirilib, sözügedən təşkilatla IDEA İctimai Birliyi arasındakı mövcud əməkdaşlıq müzakirə edilib.
Söhbət zamanı tərəflər Azərbaycanda nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi və bərpasına yönəlmiş birgə səylərdən məmnunluq ifadə edərək, əməkdaşlığın getdikcə daha da sıx olacağına əminliyini bildiriblər. Bu xüsusda, nəsli kəsilməkdə olan ceyran və bəbirlərin qorunması, eləcə də zubrların Azərbaycana reintroduksiya edilməsinə yönəlmış birgə layihələrin uğurla həyata keçirildiyi qeyd olunub, digər nadir heyvan növlərinin çoxaldılması və təbii areallarına qaytarılması üzrə təşəbbüslərin başlanılmasına dair razılığa gəlinib.
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN