Bir qrup xarici səyyah və bloger Şuşadan sonra Ağdam, Kəlbəcər və Laçına gedəcək

img

16-06-2022 [14:11]


Bir qrup xarici səyyah və bloger Şuşa şəhərində olub.

Mia.az xəbər verir ki, onlar Azərbacanın görkəmli nümayəndələri olan Natəvan, Bülbül və Üzeyir Hacıbəyovun gülləboran edilmiş heykəllərinin yerləşdiyi şəhərini mərkəzi meydanında olublar.

Daha sonra onlar Xurşidbanu Natəvanın evinə, həmçinin Şuşa qala divarlarına və Cıdır Düzünə baş çəkiblər.

Səyyahlara şəhərin tarixi haqqında məlumat verilib. Onlar işğal altında olarkən Şuşada törədilmiş dağıntıları gözləri ilə görüb, aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

Xatırladaq ki, bu gün bir qrup tanınmış xarici səyyahın Azərbaycanın azad edilmiş ərazilərinə səfəri başlayıb. Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 səyyah üç gün ərzində Azərbaycanın azad edilmiş ərazilərində səfərdə olacaq.

Nümayəndə heyəti daha sonra Ağdama, Kəlbəcərə və Laçına gedəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA