Gürcüstan prezidenti Bakıda: “Bütün münaqişələrin həlli yollarını tapmalıyıq, Cənubi Qafqaz artıq mərkəzi meydançadır"
16-06-2022 [11:26]
“Biz bu gün çox çağırışlı bir dövrdə görüşürük. Bu gün dünya mürəkkəb çağırışlarla üzləşib”.
Mia.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
“Bu ilin fevralından dünya Ukraynada baş verən müharibəyə şahidlik edir. Ukraynaya böhtan atılmaqla müharibəyə başlanılıb. Bu sivil insanların həlak olmasına gətirib çıxarıb. 1991,1992, 2008-ci illərdə Rusiyanın Gürcüstana qarşı təcavüzlərini unutmalı deyilik. Ukraynaya həmrəyliyimizi nümayiş etdirməliyik.
Biz müharibə zamanı sivillərin hüquqlarının tapdanmasını yaddan çıxarmamalıyıq. Rusiya müharibəni dərinləşdirir. Bu da enerji və qida qıtlığı ilə nəticələnir. Biz nifrət nitqinə qarşı da çıxış etməliyik”.
O, daha sonra deyib ki, Cənubi Qafqazda hələ də sovetlərin keçmiş miraslarının nəticələrini görürük. Biz tam müstəqil olana qədər mübarizə aparmalıyıq. “Bütün münaqişələrin həlli yollarını tapmalıyıq. Bizim ərazilərimizin 20 faizi işğal altındadır. Yenidən ərazi bütövlüyümüzün bərpasına çalışırıq. Gürcüstan ərazi bütövlüyünün bərpasına nail olmağa, işğal altında olan ərazilərimizdə yaşayanların da bizə qoşulmasına çalışırıq. Cənubi Qafqaz artıq mərkəzi meydançadır".
Prezident əlavə edib ki, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün biz forma və üsullar tapmalıyıq.
Cənubi Qafqazı strateji region adlandıran dövlət başçısının sözlərinə görə, bölgə yalnız sülh və sabitlik məkanına çevriləcəyi halda transformasiya və inkişafa nail ola bilər: “Cənubi Qafqaz ən mərkəzi məkandır. Bizim vəzifəmiz bu bölgəyə tarixi və gələcək rolunu qaytarmaqdan ibarətdir”.
S.Zurabişvili qeyd edib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh danışıqları və etimad qurulması prosesində Avropa İttifaqının iştirakını yüksək qiymətləndirir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XAMENEİNİN KÜRƏKƏNİ VƏ GƏLİNİ ÖLDÜ, ÖZÜ YAŞAYIRMI? - Netanyahu "İqamətgahını dağıtdıq, o..." deyir
Şamaxı-Ağsu sərhədində zəlzələ olub
RƏSMİ BAKI İRANA HÜCUMLA BAĞLI BƏYANAT VERDİ
İranda məktəb vurulub - 160 şagird ölüb (Yenilənib)
Ramazanın 11-ci gününün duası: imsak və iftar vaxtı
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
ABŞ və İSRAİLİN İRANA HÜCUM DAVAM EDİR - Dini liderin ofisi də vurulub (AÇIQLAMALAR)
"Sanki bizim irəli getməyimizi istəmirlər, ayağımızdan tutub aşağı salırlar" - "Neftçi"nin baş məşqçisi elə sözlər dedi ki... (VİDEO)
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı