Ağstafada qonşular niyə dalaşıb? - Araşdırma aparılır

img

16-06-2022 [10:49]


Ağstafa rayonunda qonşular arasında dava olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Mia.az-a bildirib ki, iyun ayının 7-də rayonun Poylu qəsəbə sakini Nazilə Hüseynova və Günay Hüseynova DİN-in "102 Zəng-Mərkəzi" Xidmətinə müraciət edərək qonşuları tərəfindən döyülməsi barədə müraciət edib.

Eyni zamanda, müraciət edən şəxslərin qonşuları - Mehman Məmmədov, Solmaz Məmmədova və Aysel Məmmədova da polisə müraciət edərək qonşuları tərəfindən döyülmələri və təhqir olunmaları barədə məlumat verib.

Hər iki faktla bağlı polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin məlumata görə, hadisəyə səbəb N.Hüseynovanın evində yüksək səslə musiqiyə qulaq asması səbəb olub. Hazırda araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA