15 İyun Milli Qurtuluş günü Şirvanda silsilə tədbirlərlə qeyd edilib - FOTOLAR
15-06-2022 [16:56]
Şirvan Şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq, 15 Iyun - Milli Qurtuluş günü ilə əlaqədar şəhərin idarə, müəssisə və təşkilatlarında, səhiyyə, təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilib.
Mia.az xəbər verir ki, şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Milli Məclisin deputatı İltizam Yusifovun, şəhərin hüquq mühafizə orqanlarının, şəhərdə fəaliyyət göstərən regional təşkilatların rəhbərlərinin, ictimai-siyasi qurumların nümayəndələrinin iştirakı ilə 15 Iyun - Milli Qurtuluş gününə həsr olunmuş ümumşəhər tədbiri şəhərin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.Tədbir iştirakçıları abidə önünə gül dəstələri qoyaraq, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət edib, Mərkəzdə Ümummilli Heydər Əliyevin həyat və fəaliyyətindən, müasir müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafına xidmət edən şərəfli ömür yolundan bəhs edən eksponatlarla tanış olublar. Mərkəzdə “Heydər Əliyev - müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusudur” mövzusunda keçirilən elmi-nəzəri konfrans dövlət himninin ifası ilə başlanıb. Mənalı ömrünü Azərbaycan dövlətinin və xalqının inkişafına həsr edən Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Heydər Əliyev - müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusudur” mövzusunda məruzə ilə çıxış edib. Şəhər İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının ictimai-siyasi, mədəni, iqtisadi inkişafına xidmət edən şərəfli ömür yolunun mühüm məqamlarından danışıb, ölkəmizə və xalqımıza milli qurtuluş bəxş etdiyini qeyd edib. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafına xidmət edən siyasi kursunun bugün də Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini vurğulayıb. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin də ulu öndər Heydər Əliyevin bəxş etdiyi milli qurtuluşun davamı kimi dəyərləndirib.
Konfransda çıxış edən Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apelasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin digər məqamlarından danışıb, Milli Qurtuluş gününün ölkəmiz üçün əhəmiyyətini qeyd ediblər.
Sonda konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edən “Millət Atası” sənədli filminə tamaşa ediblər.
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)