Masallıdan Lənkərana istirahətə gedən yeni məzun çayda boğulub

img

15-06-2022 [14:19]


Lənkəranda məzun ehtiyatsızlıqdan çayda boğulub.

Mia.az xəbər verir ki, hadisə Lənkəranda yerləşən istirahət mərkəzlərindən birində baş verib. Masallı rayon Mollaoba kənd məktəbinin məzunları istirahət üçün getdikləri məkanda bədbəxt hadisə ilə üzləşiblər.

Masallı rayon Mollaoba kənd sakini, 2004-cü il təvəllüdlü Məhəmmədəli Yasin oğlu Əzizlinin ehtiyatsızlıqdan ayağı sürüşüb və həmin məkandan keçən çaya düşərək boğulub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA