Sabah hava necə olacaq? - Proqnoz

img

15-06-2022 [12:11]


Bakıda və Abşeron yarımadasında iyunun 16-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Mia.az xəbər verir ki, sabah havanın temperaturu gecə 20-23° isti, gündüz 27-30° isti, Bakıda gecə 20-22° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA