Daha bir İşçi Qrupu toplandı: nələr müzakirə olunub? - FOTO
14-06-2022 [18:20]
İişğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupun Zəngilan rayonunun Ağalı kəndi ərazisində inşa edilmiş “Ağıllı kənd”də iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi iştirak edib.
İşçi qrup üzvlərinə işğaldan azad edilmiş rayonlarda bərpa-quruculuq işlərində istifadə ediləcək yerli tikinti və inşaat materialları yataqlarının yenidən qiymətləndirilmiş ehtiyatları, bu ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması istiqamətində görülən işlər, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi, eləcə də transsərhəd çayların çirklənmə vəziyyətinin öyrənilməsi məqsədilə keçirilən monitorinqlər, ekoloji bərpa layihələri ilə bağlı aparılan minatəmizləmə fəaliyyəti barədə məlumat verilib.
İclas zamanı habelə Zəngilan rayonunda ərazilərin bərpası, yenidən qurulması, dayanıqlı inkişafının təmin olunması və əhalinin böyük qayıdışı istiqamətində həyata keçirilən və planlaşdırılan tədbirlərin təşkili üçün nümayəndəlik tərəfindən qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb.
Müzakirələr zamanı Oxçuçayın transsərhəd çirklənməsinin qarşısının alınması, ekosistemin bərpası, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı qurum kimi müəyyən edilməsi və Oxçuçay hövzəsində kompleks elmi-tədqiqat işlərinin aparılmasının zəruriliyi vurğulanıb.
İşçi qrup üzvləri Zəngilan rayonunun Ağalı kəndi ərazisində inşa edilmiş “Ağıllı kənd”in infrastrukturu, idarəetmə məsələləri, ekoloji dost texnologiyaların tətbiqi, tullantıların idarə olunması, eləcə də rayon ərazisində aparılan yaşıllaşdırma işləri, o cümlədən rayonun girişində terras ərazidə əkilmiş müxtəlifcinsli ağaclara qulluq, payız əkininə hazırlıq, mövcud yaşıllıqların mühafizəsi üçün aparılan inventarizasiya işləri və perspektiv planlar ilə tanış olublar.
Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları və xüsusi nümayəndəliklərlə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib