Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
14-06-2022 [00:05]
Qoç - Mühüm qərarları müzakirə etmək, çətin problemlərin və müşkül məsələlərin həllini tapmaq üçün əlverişli zamandır. İntellektual potensialınız yüksəkdir. Ağır vəziyyətdən çıxış yolu tapacaqsınız.
Günün ikinci yarısında planlaşdırılmamış səfər, yaxın qohumlar və ya dostlardan birinin işləri ilə bağlı harasa yollanmaq zərurəti yarana bilər.
Yaşlı qohumlarla ünsiyyət üçün əlverişli zamandır. Onların təcrübəsindən yararlana bilərsiniz. Gəlirlərin məbləği çox olmayacaq. Alış-verişdə bədxərclik etməyin. Axşam saatlarında yaranan ideyalar sərfəlidir.
Buğa - Günün ilk yarısı o qədər də uğurlu deyil. Emosional fon əlverişsizdir. İstənilən problemi həlli mümkünsüz, hər maneəni keçilməz saymayın. Mühüm qərarların qəbulu üçün münasib zaman deyil. Maliyyə və əmlakla bağlı məsələləri günün ikinci yarısında tanışlar, şəriklərlə müzakirə etməyin. Mübahisə, ixtilaf riski böyükdür. Axşam saatlarına yaxın mənfi təmayüllərin təsiri azalacaq. Situasiya stabilləşəcək. Axşam saatları sizi yaxşı xəbərlər və son vaxtlar darıxdığınız insanla görüşlə sevindirəcək. Qonaq qəbul etmək olar.
Əkizlər - Yeni layihə, iş və təşəbbüs üçün pis gün deyil. Dostlar və həmfikirlərlə ünsiyyət sizdə xoş təəssürat yaradacaq. İdeyalarınız dəstəklənəcək, təklifləriniz uzun-uzadı müzakirələr olmadan qəbul ediləcək. Ailə üzvlərinin qəlbini qırmayın.
Günün ikinci yarısında işlər çox olsa da, çətin vəziyyətə düşmüş insanlara yardım edin. Yaxşı işləriniz diqqətdən kənarda qalmayacaq. Çoxdan bəri rəğbətini qazanmağa çalışdığınız insanın diqqətini axşam saatlarında cəlb edə bilərsiniz. Səfər və səyahət uğurlu alınacaq.
Xərçəng - Əla gündür. Müsbət təmayüllərin təsiri artacaq. Yaşamın bir çox sahələrində yaxşı dəyişikliklər ola bilər. Hər şey prioritetlərin seçimindən asılılır. Məqsədə və hədəfə doğru konkret, səbatlı addım atmağın zamanıdır. Çoxdan bəri planlaşdırığınız işin gerçəkləşdirilməsinə günün ikinci yarısında başlaya bilərsiniz. Maraqlı görüşlər, yeni tanışlıqlar istisna deyil. Əks cinsin mənsubu sizinlə maraqlanır.
Günün ikinci yarısı yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Ən cəsur, ilk baxışdan ekstravaqant təsir bağışlayan ideyalarınızı onlarla bölüşə bilərsiniz. Diqqətli, qayğıkeş olun.
Şir - Sakit, xoş, rahat gündür. Böyük uğurlara nail ola bilməyəcəksiniz. Amma ağır problemlər də yaranmayacaq. Dostlarla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Müzakirələr və diskussiyalar zamanı faydalı məlumatlar əldə edə bilərsiniz. Kiçik gəlirlər olacaq.
Günün ikinci yarısı müstəqil layihə, problemlərin həllinə yaradıcı yanaşma üçün əlverişlidir. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Ailə və məişət qayğılarının öhdəsindən gəlmək üçün səy göstərin. Axşam saatlarında ifrat yorğunluq olmayacaq.
Qız - Emosional fon əlverişsizdir. Əhvalınızın pozulması, kiçik məsələlərə görə yaxınlarla mübahisələr istisna deyil. İşdə həmkarlarla sərt davranmayın, rəhbərliyin tapşırıq və tövsiyyələrinə aqressiv reaksiya verməyin.
Günün ikinci yarısında pozitiv olsanız, daha ciddi nailiyyətlər əldə edə bilərsiniz. Planlaşdıırlmamış xərclər, maliyyə itkiləri olsa da, büdcənizə ağır zərbə dəyməyəcək. Axşam saatları dostlarla görüş, romantik təmaslar üçün əlverişlidir. İş, karyera və əmlakla bağlı ciddi nüansları müzakirə etməyin.
Tərəzi - Ehtiyatlı, sayıq olmağın gərəkdiyi gündür. Önəmli məsələləri müzakirə etməklə bahəm, çözmək lazımdır. Ən kiçik məsələyə, xırda detala görə münaqişə yarana bilər. Dəyər verdiyiniz insanla münasibətləri korlamayın.
Günün ikinci yarısında yola çıxmalı olacaqsınız. Bu sizdən vaxt və pul tələb edəcək. Nə istədiyinizi anlayan insanla axşam saatlarında qarşılaşacaqsınız. Həmin şəxs sizi dinləyəcək, yaxşı məsləhətlər verəcək.
Əqrəb - Yaxşı xəbərlər alacaqsınız. Çoxdankı arzularınızdan birini reallaşdıra bilərsiniz. Maliyyə fonu əlverişlidir. Alış-verişə, əyləncə və ya istirahətə pul ayırmaq olar. Yaddaqalan görüş, maraqlı insanla tanışlıq istisna deyil.
Günün ikinci yarısında intuisiya dadınıza çatacaq. Biznesdən uzaq olsanız belə, sərfəli anlaşma və ya sövdələşməyə nail ola bilərsiniz. Təmirə başlamaq, yaşam arealı üçün zəruri əşyaları almaq mümkündür.
Qətiyyətli və ötkəm olun. Yaramaz, ləyaqətsiz insanların qarşısından geri çəkilməyin.
Oxatan - Müsbət təmayüllərin təsiri artacaq. Uğurlu gündür. Rəğbət bəslədiyiniz insanlarla tərəfdaşlığı aktivləşdirin. Fəal olun, problemlərin həllində süst davranmayın.
Yeni romantik münasibətə başlamaqla yanaşı, kəsdiyiniz əlaqələri bərpa etmək olar. Həmin təmaslar əvvəlkilərdən yaxşı olacaq.
Axşam saatlarında yollandığınız məclis və ya yığıncaqda diqqət mərkəzində olacaqsınız. Bunun üçün səy göstərmək gərək deyil. İmiclə cəsur eksperimentlərin zamanıdır. Ekstravaqant əşyalar ala bilərsiniz.
Oğlaq - Adi, rutin işlərlə məşğul olun. Gündəlik məsələləri həll edin, qlobal saydığınız genişmiqyaslı layihəyə və ya ağır işə başlamayın. Yaşamınızda nəyisə köklü şəkildə dəyişmək məsləhət deyil. Seçdiyiniz istiqamətdə kiçik, ahəstə addımlarınızı atın.
Günün ikinci yarısında köhnə dostlarla ünsiyyət sizi sevindirəcək. Yeni tanışlıqlarda isə problemlər müsbət emosiyaları üstələyəcək.
Alış-verişdə mürəkkəb avadanlıq və məişət qurğuları almaq olar. Yaşamınızı yüngülləşdirəcək qacetlərdən yan keçməyin.
Axşam saatlırını sevdiyiniz insanla keçirin.
Dolça - Yaxınlarınızdan biri ilə bağlı önəmli məlumat ala bilərsiniz. Maliyyə çətinlikləri yaranacaq. Onların öhdəsindən gəlmək asan deyil. Hər şeyə rəğmən mürəkkəb situasiyadan çıxış yolu tapın.
Günün ikinci yarısında yeni işləri görmək gərəkdir. Həmin işlər çox vaxt və səylər tələb edir.
Yaşam potensialı yüksək, enerjiniz boldur. İdmanla da məşğul olmaq mümkündür. Axşam saatlarında gəzintiyə çıxmaq pis fikir deyil. Dəvət olunduğunuz tədbirdə yeni tanışlıqlar olacaq.
Balıqlar - Maraqlı, hadisələrlə bol gündür. Axşam saatlarına yaxın yorğunluq hiss edəcəksiniz. Lakin uğurlar və nailiyyətlər də bol olacaq. İşgüzar duyumunuz və intuisiyanız iti olmalıdır. Maliyyə, əmlak məsələlərini həll etmək olar. Bədxərclik etməyin, pulları ağılla sərf edin. Təhsil və bilik almaq üçün əlverişli zamandır.
Günün ikinci yarısında nüfuzlu insanlarla görüşmək, peşəkar fəaliyyətlə bağlı məsələləri müzakirə etmək olar.Romantik münasibətlər baxımından axşam saatları münasib zamandır. Yaşamınızda köklü dəyişikliklər olmayacaq.
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı