Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13-06-2022 [00:03]
Qoç - ünsiyyət üçün əlverişli gündür. Uğurlu işgüzar təmaslar ola bilər. Mövqelərinizi təmkinlə, aramla müdafiə edin. Dediklərinizə şübhə edənlər belə, haqlı olduğunuzu etiraf etmək məcburiyyətində qalacaqlar. Maliyyə məsələlərini müzakirə və həll etmək olar. Alış-veriş üçün münasib zamandır.
Günün ikinci yarısı romantik görüş, səfər üçün pis deyil. Sevdiyiniz insanla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Nikbin olun. Yaşlı qohumlarınız sizinlə razı deyil. Adi günlərdən fərqli olaraq onlar işlərinizə və yaşamınıza daha çox müdaxildə edir, bəzən kobud davranırlar.
Buğa - işdə problemlər istisna deyil. Həmkarlarınızla fikir ayrılıqları əhvalınızı pozacaq. Bütün diqqəti işə yönəldin,vaxtınızı fövtə verməyin. Ən sadə və primitiv məsələlərin həllində ciddi səhvlərə yol verməyin.
Günün ikinci yarısında maliyyə itkiləri riski var. Alış-veriş etmək, bahalı əşyalar almaq məsləhət deyil.
Dəyər verdiyiniz insanla axşam saatlarında problemlər yarana bilər. Qəfil vizit, planlaşdırılmamış görüş istisna deyil. Dəvət aldığınız tədbirə qatılsanız, yorulacaq, usanacaqsınız.
Əkizlər - müsbət təmayüllərin təsiri artır. Gün xoş sürprizlər vəd edir. İşdə ciddi inkişaf ola bilər. Maraqlı işgüzar təkliflər alacaqsınız. Anlaşma və sövdələşmələr gəlirlərinizi artıracaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyiş ola bilər. Yaxınlarınızla dil tapın, yeni tanışlarla təmaslarda həssas və diqqətli olun. Alış-veriş üçün münasib zamandır. Sevdiyiniz insan romantik görüşdə sizi sevindirməyə çalışacaq.
Xərçəng - yeni ideyalar yaranacaq. Onların çoxu pis deyil. İşlərin bəziləri ciddi səylər tələb etsə də, yaxınlarınız sizi dəstəkləyəcəklər. Yeni layihələrə başlamaq üçün münasib zamandır. Yaşam tərzində dəyişikliklər etmək, zərərli vərdişlərdən əl çəkmək olar.
Günün ikinci yarısında diskomfort, rahatsızlıq hissləri minimum olacaq. Karyerada irəliləyiş şansı yaranıb. Amma yeni tapşırıqlar çox vaxt alacaq. Şəxsi problemlərin arxa plana keçməsinə hazır olun.
Şir - aqressiv, inadkar olmayın. Sizə bağlı olan insanlar belə, kənar durmağa çalışacaqlar. Düşünülməmiş addımlar və tələsik qərarlar işlərə ağır zərbə vura bilər. Soyuqqanlı olun, təmkinli davranın. Mənfi emosiyaların əsirinə çevrilməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırmağa çalışın.
Maliyyə çətinlikləri istisna deyil. Bel bağladığınız anlaşma və ya sövdələşmələr baş tutmaya bilər. Sənədləşdirmə, məmurlarla ünsiyyət, dövlət orqanlarına yollanmaq üçün əlverişli zaman deyil.
Qız - maliyyə məsələlərində ehtiyatlı olun. Pullarınızın qədrini bilin. Nəzərdə tutulmamış, mənasız xərclər sizi ağır duruma sala bilər. Peşəkar məsələlərin həlli adi günlərlə müqayisədə daha ağır ola bilər. Əvvəllər həvəslə yerinə yetirdiyiniz işlər indi cansıxıcı təsir bağışlayır. Günün ikinci yarısında işləri təxirə salmayın və ya başqalarına tapşırmayın. Yaşamınızda önəmli rol oynayan insanlarla təmaslarda diqqətli olun. Harmoniya və qarşılıqlı anlaşmanı qoruyun. Nəticələr kiçik olsa da, ruhdan düşməyin.
Tərəzi - çətin və mürəkkəb gündür. Emosional fon stabilliyi ilə fərqlənmir. Sizi təbdən çıxarmaq istəyənlər yetərincədir. Təxribatlara uymayın. Gərəksiz və mənasız etimada qapılmayın. Maliyyə itkiləri, uğursuz anlaşmalar istisna deyil.
Günün ikinci yarısında alış-verişə yollanarkən şopinqin əhvalınızı yaxlışadıracağını düşünməyin. Bu, xərcdən savayı bir nəsnə deyil. Yaradıcılıq potensialınızı nümayiş etdirin, dünyagörüşünü artırın. İndiyədək büruzə vermədiyiniz bacarıqlarınızı göstərə bilərsiniz.
Əqrəb - yeni təəssürat və hisslər istəyi sizi qeyri-adi addımlar atmağa vadar edə bilər. Gün parlaq, yaddaqalan olacaq. Karyeranızda inkişafla bağlı qərar qəbul etməyin zamanıdır. Yeni müttəfiqlər və tərəfdarlar tapa biləcəksiniz. Yaşam potensialınız yüksəkdir.
Günün ikinci yarısında əvvəlki vaxtlarla müqayisədə daha çox çalışmalı olacaqsınız. Buna rəğmən yorulmayacaqsınız. Axşam saatlarında dəvət aldığınız tədbirə qatıla bilərsiniz. Nəzərdə tutulmamış səfərlər istisna deyil.
Oxatan - peşəkar fəaliyyət sahəsi ilə bağlı məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Rəğbət bəslədiyiniz insanlarla yeni əməkdaşlığa başlamaq olar. Danışıqlar, məsləhətlər, müzakirələr pis keçməyəcək.
Günün ikinci yarısında diskussiya nəzərdə tutulan vaxtdan daha artıq zaman alacaq. Planlaşdırılan işləri təxirə salmayın.
Alış-veriş üçün münasib zamandır. Geyim, aksessuar, bəzək almaq olar. Romantik görüşlər və təmaslar pis keçməyəcək. Sevdiyiniz insanı sevindirin.
Oğlaq - müsbət təmayüllərin təsiri artır. Peşəkar fəaliyyət müstəvisində dəyişikliklər olacaq. Maliyyə və əmlak məsələlərini təxirə salmadan həll edin. Gəlirlər artacaq. Müstəqil şəkildə kommersiya fəaliyyəti ilə məşğul ola bilərsiniz. Planlarınız və ələlxüsus da uğurlarınız barədə yaxın ətrafınızdakı insanlara danışmağa tələsməyin. Paxıllıq hissi rəqiblərinizi artıra bilər.
Günün ikinci yarısında yaşam potensialı yüksəkdir. Səhhətinizdə ciddi problemlər olmayacaq. Həyəcan və ya nigaranlığın heç bir əsası yoxdur.
Dolça - ciddi planlardan birinin reallaşdırılmasına başlaya bilərsiniz. Rutin işləri və gündəlik qayğıları bütünlüklə unutmaq mümkün deyil. Yaxınlarınız və dostlarınız sizi dəstəkləyəcəklər. Zərurət yaranarsa, yardım istəməkdən çəkinməyin.
Günün ikinci yarısında məsləhətləri qulaqardına vurmayın. Anlaşmalar, müzakirələr, sövdələşmələr üçün münasib zamandır. Maliyyə məsələləri ilə bağlı danışıqlar aparmaq olar. Axşam saatlarını yaxınlarınızla xoş təmaslara həsr edin. Rahat istirahəti seçin, səs-küylü məkanlardan uzaq durun.
Balıqlar - peşəkar fəaliyyət müstəvisində qarşınızda yeni perspektivlər yaranır. Yeni iş yerində fəaliyyətə başlamaq, yaxud da potensial sifarişçi ilə danışıqlar aparmaq olar. Bu gün tanış olacağınız insanlar ünsiyyətdə maraqlı olmaqla yanaşı, işgüzar layihələr baxımından sərfəli insanlardır.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərin harmonik olmasına çalşıın. Son vaxtlar yaranan problemlərin həllini ertəmələyin. Bütün tərəfləri razı salacaq çözüm variantını tapmaq olar. Yaşam potensialı yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.
Şuşada Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası keçirilir
Şəmkirdə qəza: iki nəfər ölüb (Yenilənib)
Ceyhun Bayramov Qətərə gedib
Qalmaqal yaradan aparıcı jurnalistikadan getdi: "Bu, mənə bir daha sübut etdi ki..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
20 marşrutun hərəkət sxemi dəyişdirilir - SİYAHI
Zakir Həsənov: "Xəbər məni hədsiz kədərləndirdi"
Yeni dərs ilimiz mübarək! - Vahid Tağıyev yazır
Xocalıda daha bir ilk - Daşbulaq kəndinə 13 ailə köçürülüb
Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq yayılıb
Bakıda dələduzlar saxlanılıb
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
Musa Qurbanlının toy məclisi: şənlik bitdi, söz-söhbət bitmədi - "Toyda musiqinin olmaması hansı dinin və hansı millətin adətidir?"
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb - Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və...
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verildi
6 ölkənin xüsusi təyinatlı qüvvələri Azərbaycanda: birgə təlim...
Qubada 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə vermək istəyiblər
XOCALININ DAHA BİR KƏNDİNƏ İLK KÖÇ OLUB
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“1992-ci ildə istefa verəndə Heydər Əliyevə zəng vurdum…” – Həsən Həsənovdan maraqlı açıqlamalar (VİDEO)
Ən ucuz gediş haqqı 1 manat 44 qəpik... - İstanbulda ictimai nəqliyyatda gediş haqqı 30 faiz artırıldı (QİYMƏTLƏR)
Salyanda 62 yaşlı şəxs güllələnib
Qəzzada ölənlərin sayı 64756 nəfərə çatıb
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - VİDEO
"Artıq Putinə səbrimiz tükəndi" - Trampdan hirsli mesaj
"Differensiallaşdırılmış su tariflərinin tətbiqi planlaşdırılır" - Ekspert rəsmi şəxsin "əsası"nı əsassız saydı
Müğənni Dilarə Kazımova belə görüntülərini yaydı - FOTOLAR
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
Almaniya Rusiya səfirini XİN-ə çağırıb - Etiraz verildi
Premyer Liqa: V və VI turun oyun proqramı açıqlanıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İcra Hakimiyyəti vaxtilə verdiyi sərəncamları indi niyə tanımaq istəmir? - Qalmaqal + AÇQLAMALAR
Bakıda bu yol bağlanacaq
BDU dərs yükü azaldılıb
Kürşat Zorlu Naxçıvana gəlib
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi: girov götürülən azərbaycanlının öldürülməsi və...
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlar dayanıb"
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
İcra Hakimiyyətinin kotirovka sorğusu baş tutmayıb
İsrail ordusu Tulkərimdə 1000-dən çox fələstinlini həbs edib
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
İSRAİL ANKARA VƏ YA İSTANBULU VURA BİLƏR: "Bizimçün qırmızı xətt yoxdur, Türkiyə buna hazırdımı?" - Yəhidi polkovnikdən qorxunc mesaj
“Müğənni Rəqsanə İsmayılovanın işində bir yenilik yoxdur”