Azərbaycan və Türkmənistan prezidentləri arasında məktub mübadiləsi olub - MƏTN
10-06-2022 [19:10]
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova məktub ünvanlayıb.
Mia.az xəbər verir ki, məktubda deyilir:
"Bu il biz Azərbaycan Respublikası ilə Türkmənistan arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu xoş hadisə ilə əlaqədar Sizi ürəkdən təbrik edir, Sizə və qardaş Türkmənistan xalqına ən səmimi arzularımı çatdırıram.
Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər tarixən dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Ortaq tarixə, qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin ötən dövr ərzində dinamik inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və bu gün strateji tərəfdaşlıq xarakteri daşıması xüsusi məmnunluq doğurur.
Qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan sənədlər, həyata keçirilən birgə layihələr əməkdaşlığımızın genişlənməsində mühüm rol oynamışdır. Siyasi əlaqələrimizin yüksək səviyyəsi iqtisadiyyat, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə səmərəli işbirliyimiz ilə müşayiət olunur. Beynəlxalq təşkilatlar çərçivəsində də münasibətlərimiz uğurla davam edir.
Hesab edirəm ki, Azərbaycan ilə Türkmənistan arasında bütün sahələrdə, xüsusilə nəqliyyat sahəsində əməkdaşlığımızın inkişafı üçün əlverişli şərait mövcuddur. Əminəm ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə ənənəvi dostluq əlaqələrimizin möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişlənməsinə nail olacağıq.
Sizi bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
***
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov da Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Türkmənistan və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə və ölkənizin bütün qardaş xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Ötən illər ərzində ölkələrimiz arasında mənəvi-mədəni dəyərlərin birliyinə, həmçinin hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ikitərəfli dostluq əlaqələri, o cümlədən qarşılıqlı faydalı tərəfdaşlıq layiqincə inkişaf edir, davamlı olaraq genişlənir.
Hazırda Türkmənistan və Azərbaycan Respublikası siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə müvəffəqiyyətlə əməkdaşlıq edirlər.
Zamanın sınağından keçmiş faydalı əməkdaşlığın möhkəmlənməsi və inkişafı üçün bundan sonra da lazımi səyləri göstərməyə hazır olduğumuzu təsdiq edirik.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə yeni müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR