Britaniya kəşfiyyatının keçmiş rəhbəri yazır: “Makron Ukrayna ilə riskli oyun oynayır” - "Rusiya hərbi uğurlar qazansa..."
10-06-2022 [18:38]
Böyük Britaniyanın Mİ-6 xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Con Soersin “Financial Times” qəzetində “Makron Ukrayna ilə riskli oyun oynayır” başlıqlı məqaləsi dərc olunub.
Mia.az Novator-a istinadla məqaləni ingiliscədən çevirməsini təqdim edir:
"Qərbin Ukrayna müharibəsində iki məqsədi var: Ukraynanın suverenliyini qorumaq və gələcəkdə Rusiyanı Avropa ölkələrinə oxşar hücumlardan çəkindirmək.
Ancaq hazırda Donbasda elə idbar hərbi əməliyyatlar aparılır ki, bu döyüşlərə son qoya biləcək istənilən addımı dəstəkləmək yerinə düşərdi.
Fransa prezidenti Emmanuel Makronun Rusiyanı işğala görə təhqiramiz vəziyyətə salmamaq, alçaltmamaq barədə çağırışı və tez bir zamanda sülhə nail olmaq təşəbbüsü, eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenskinin bu açıqlamaya soyuq reaksiyası təəccüb doğurmur.
Problem ondadır ki, hazırda atəşkəs elan olunsa, bu, Rusiyanın hərbi qələbəsi kimi qeyd ediləcək. Rusiya prezidenti Vladimir Putinin geri çəkilməyə razılaşacağına inanmaq üçün heç bir əsas yoxdur. Çünki işğalçılar zəbt etdikləri əraziləri “ruslaşdırmaqla”, həmin bölgələrdə məktəbləri rus məktəblərinə çevirməklə, yerli mediaya nəzarəti ələ keçirməklə, yerli hakimiyyət oqranlarına marionet fiqurlar təyin etməklə məşğuldur.
Putin artıq atəşkəs oyununu oynayıb. 2008-ci ildə Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü, vasitəçiliyi nəticəsində Gürcüstanla Rusiya arasında atəşkəs əldə olundu. Bu atəşkəs Gürcüstanın iki bölgəsini işğal edən rus qoşunlarının həmin ərazilərdən çıxması hesabına baş verdi. Amma Gürcüstan o vaxtdan nə ərazi bütövlüyünü, nə də tam suverenliyini bərpa edə bilib.
Eyni vəziyyət 2014-cü ildə Ukraynada yaradıldı. Ukraynanın Rusiyayönlü hökuməti xalq etirazları qarşısında süqut etdikdən sonra rus qoşunları Krımı və Donbasın bir hissəsini zəbt etdi. Sarkozinin varisi Fransua Olland və Almaniyanın o zamankı kansleri Angela Merkel Vladimir Putinlə belə razılığa gəldilər ki, Donbasla bağlı Rusiya ilə dostcasına danışıqlar prosesi getsin, Krıma kimin nəzarət etməli olduğuna isə toxunulmasın. Məsələnin belə qoyuluşu Ukraynanın o dövrkü inadkar prezidentinin təkidinin nəticəsi idi və bu, Rusiyaya yenə hərbi qələbəsini elan etməyə imkan verməmişdi.
Bu gün Ukrayna liderləri mübarizəni davam etdirmək niyyətindədirlər və qəti şəkildə atəşkəs istəmirlər. Çünki atəşkəs Rusiyanın hərbi hücumunun kulminasiya nöqtəsi ola bilər.
Makronun Putini aşağılamamaq çağırışının kökündə duran məqsəd aydın deyil. Bu yaxınlarda ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukrayna üzrə sülh prosesinin hazırlanmasını təklif edib.
Ukrayna liderləri belə çağırışlara ehtiyatla yanaşırlar. Çünki bu, vaxtından qabaq atəşkəs elan etmək məqsədi güdən siyasətin növbəti raundu ola və Ukraynanı sarsıtmaq bahasına Putinin simasını xilas etməyə yönələ bilər.
Putinin mövqeyi barədə nə demək olar? Müharibənin ilk həftəsindən onun işğala başlamaqda böyük səhvə yol verdiyi bəllidir. Putinin təhlükəsizlik sahəsinə cavabdeh məmurları ona səcdə edə-edə dəstək verir və bir çoxları onun Ukraynanı ram etmək cəhdinə şərik çıxır.
Ancaq gec-tez onlar da Putinin Rusiyanın maraqlarına zərbə vurduğunu görəcəklər. Nə qədər ki, Putin hakimiyyətdədir, Rusiya iqtisadiyyatı sanksiyalar altında qalacaq. Avropa tədricən Rusiyanın enerji daşıyıcılarından asılılığına son qoyacaq və bir daha bu boyunduruğa qayıtmayacaq. Putinin ətrafındakı adamlar qanunsuz yolla əldə etdikləri sərvətlərdən yararlana bilməyəcəklər. Yekunda Putinin mövqeyi zəifləyəcək. Uğursuz müharibə hökmdarın gücünü artırmır.
Hansısa məqamda Putin aradan götürülə də bilər, hərçənd mən bunun tezliklə baş verəcəyinə inanmıram. Rusiya liderinin təhlükəsizlik sahəsinə cavabdeh məmurların fəal dəstəyinə ehtiyacı var. Ancaq Ukraynadakı uğursuzluqlar onun rejiminin iki sütununü – Federal Təhlükəsizlik Bürosunu (“KQB”nin varisi) və ordunu ağır ittihamlar girdabına salıb. Rusiyanın köhnə üslubudur: bəzi rəhbər şəxslər vəzifədən uzaqlaşdırıla, qurban verilə bilər. Amma kütləvi narazılıqların və fərdi tənqidlərin baş qaldırmasının qarşısını almaq çətin olar.
Ukrayna Rusiyanı məğlub etməyə çağırır. Məğlubiyyət dedikdə konkret nəyin nəzərdə tutulduğu tam aydın deyil, amma aydın olan odur ki, bu çağırış Makronun Putini alçaltmamaq ideyasına ziddir.
Fransa Ukraynaya mühüm hərbi dəstək verir və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını müdafiə edir. Amma müharibənin başlanmasından 100 gündən çox keçsə də, Makronun Kiyevə səfər etməyə vaxt tapmaması, eyni zamanda Putinlə tez-tez telefon əlaqəsi saxlaması təəccüb doğurur.
Rusiyanı ən könülsüz tərk edən Fransa şirkətləri olub. Bəlkə də onlar ümid bəsləyiblər ki, Rusiyada qalsalar gələcəkdə bunun bəhrəsini görə bilərlər. Ona görə Ukrayna rəhbərliyinin Makronun niyyətindən ehtiyatlanmasına təəccüb etmək lazım deyil.
Avropa diplomatiyasının növbəti raundunda da Rusiya Ukraynada hərbi uğurlar qazansa, Putin öz ölkəsində siyasi nüfuzunu möhkəmlədəcək və gələcəkdə yeni hərbi avantüralar üçün özündə güc duyacaq.
Ukraynalılar savaşı davam etdirmək istəyirlər və onların bizim müasir silahlara, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyimizə, yəni dəstəyi davam etdirməyimizə ehtiyacı var. Bu, qanlı müharibənin daha bir neçə ay uzanması deməkdir. Amma vaxtından əvvəl atəşkəs elan olunsa, Putin qələbəni məğlubiyyətin cəngindən çəkib çıxara bilər. Heç bir Qərb lideri Putinin yardımçısına çevrilməməlidir".
İranın iki bölgəsində güclü partlayış: 5 nəfər həlak olub - Generala sui-qəsd edlib?
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (FOTO)
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat