AMEA-da Şuşaya səfər qalmaqalı böyüyür: "Bəziləri səbirsizlik edib, pullarını geri istəyir"
09-06-2022 [15:33]
Xəbər verildiyi kimi bir qrup alimə Şuşaya səfər etmək adı ilə dələduzluq edilib. İddialara görə, AMEA üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetin elmi işçisi və müəllimi Əlvan Cəfərov Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alimi aldadıb.
Zərərçəkmişlərin bildirdiyinə görə, onlar üçün çirkin oyun qurulub. Sabah yola çıxacaqları halda bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alim bu gün Şuşaya gedib. Gedənlərin içində bir ailədən 4 nəfər, hətta alim olmayanlar da var. Şikayətçilərin dediyinə görə Əlvan Cəfərov Şuşaya səfər məqsədilə 470 alimin hər birindən 70 manat alıb.
Mia.az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında Əlvan Cəfərov iddia olunanlarla razılaşmayıb.
Şuşaya səfərin AMEA tərəfindən təşkil olunmasını vurğulayan Əlvan Cəfərov bu işin sadəcə texniki tərəfini gördüyünü bildirib:
“Təşkilatçı AMEA-dır və konfrans da onlarındır. 470 nəfərə həmin konfransda iştirak üçün söz verilib və onların hər biri ödəmə edib. Mən onlara kart atmışam ki, ödəməni ora köçürsünlər. Akademiya müəyyənləşdirmişdi ki, Şuşa səfəri 3 gün ərzində, yəni 8, 9 və 10 iyunda baş tutsun və 470 nəfər alim həmin günlərdə konfransa qatılsın. Aidiyyəti qurumlar bununla razılaşmadığı üçün belə bir durum yaşanıb. Bildirildi ki, Şuşa birdən-birə 470 nəfəri qəbul edə bilməz. Yəni bu səfər az-az mümkündür. Ona görə də Akademiya 470 nəfərin içindən 100 nəfər seçib bu gün Şuşaya göndərdi. Bu barədə elektron portalda da məlumat var”.
Əlvan Cəfərov qeyd edib ki, özü də daxil olmaqla AMEA yerdə qalan 370 nəfərin də Şuşaya getməsi üçün çalışır:
“Əlbəttə ki, 470 nəfərin hamısı istəyir ki, Şuşaya gedən 100 nəfərin arasında olsun. O siyahıda olmadıqlarına görə qıcıq yaranıb. Çalışırıq ki, yerdə qalan 370 nəfər də hissə-hissə getsin. Çünki hamısı qeydiyyatdan keçib və bu, onların bərabər hüququdur. 100 nəfər getsin, qalanı qalsın? Belə şey düzgün deyil. Bəziləri səbirsizlik edib, pullarını geri istəyir.
Yəni kim ki, məsələyə etiraz edir, onların pulu geri qaytarılır. Mən də dəqiq bilmirəm ki, qalan 370 nəfərin də Şuşaya getməsi təmin olunacaq, yoxsa yox... Onu da deyim ki, konfransın tək qiyməti 30 manatdır, yerdə qalan 40 manatın 25 manatı yol pulu, 15 manat isə avtobus puludur.
Akademiya bu məbləği danışıb. Şəxsi işlə məşğul olan hansısa məsələ yoxdur. Getməyənlərin pulu özlərinə qaytarılır”.
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı