Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
09-06-2022 [00:05]
Qoç - enerjili, aktiv olun. Qətiyyətli davranın, iradəli qərarlar verin. Çətin işi yerinə yetirmək üçün tərəfdaş və ya yardımçı cəlb etsəniz, daha yaxşı nəticələrə nail ola bilərsiniz. Könüllü əməkdaşlıq, qohumlarla intensiv təmaslar, həmkarlarla birgə planların qurulması üçün pis gün deyil. Sükan arxasında çox vaxt keçirməyin. Axşam saatlarında ailənin problemlərini düşünün, yaxınlarınızın düşdüyü situasiyanı təhlil edin. Bəzi məsələlərlə bağlı izafi aqressiv olmayın.
Buğa - dünənki situasiyanın davamı olan hadisələrin axarını öz xeyrinizə çevirin. Faydalı əlaqələr qurun. Yaxın gələcəkdə karınıza gələ biləcək təmaslarda aktiv olun. Xırdalıqlara diqqət yetirin. Saatlar keçdikcə işlərinizdə harmoniya və əlverişli nüansların sayı artacaq. Qohumlara baş çəkmək, ailəvi istirahət üçün yaxşı vaxtlardır. Yaxın ətrafınızdakı insanlardan biri ilə bağlı xoş xəbər alacaqsınız.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - səhər saatlarından etibarən süst və tənbəl olmayın. Müzakirələr, informasiya axtarışları, texnika ilə bağlı iş, təmir, quraşdırma və avadanlıqların yenilənməsi zamanıdır. Fiziki işlə də məşğul olmaq olar. Rasionunuza fikir verin, tamahkarlıq etməyin. Səhhətinizin qeydinə qalın.
Yaşam tonusunun aşağı düşməməsi üçün zəruri təmrinləri yerinə yetirin.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Xərçəng - tərəfdaş və ya həmkarlardan biri ilə yeni əməkdaşlığa başlamaq olar. Müzakirə və diskussiyaların vaxtını uzatmayın. Sözdən işə keçmək zamanıdır.
Ailənin maraqlarını ön plana çəkin. Məsləhətlərdən faydalanın. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın, deyilənlərə laqeyd yanaşmayın. Axşam saatlarına yaxın pozitiv olun, öz işlərinizi tamamlamağa çalışın.
Kütlədən ayrılın, fərqli olun. Gərəkli insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.
Şir - günün ilk yarısında qeyri-standart məsələləri həll etmək məcburiyyətində qalacaqsınız. Qohumlar, dostlar və ya qonşular dadınıza çatacaq. Aktual məqamla bağlı kollektiv mövqenin formalaşdırılması, diskussiyanın başa çatdırılması üçün əlverişli zamandır. Təmaslar səthi, hərdəmxəyal olmasın.
Axşam saatlarına yaxın səmimi və xoş ünsiyyətə zərurət duyulucaq. Psixoloji komforta, təhlükəsizliyə ehtiacınız var.
Musiqi, dinlə maraqlanacaqsınız.
Qız - işlərinizi qaydaya salın, yaranan problemləri növbə ilə həll etməyə can atın. Alış-veriş üçün əlverişli zamandır. İndiyədək görməyi unutduğunuz işləri başa vurun. İşlərlə bağlı olaraq harasa yollanmaq gərək olacaq.
Yaxın gələcəklə bağlı planlarda miqyas böyüyəcək. Qohumlardan və ya tanışlardan birinin sizə ehtiyacı var. Qəflətən romantikə, illüziyalara qapılan avantüristə çevrilməyin. Praqmat olun, məqsədlərinizə çatmaq üçün zəruri bildiyiniz vasitələrdən istifadə edin.
Tərəzi - əhvalınızdakı müvazinəti pozmayın, bədbinliyə qapılmayın. Üzləşdiyiniz çətinlikləri başqalarından yardım istəmədən, kənardan kömək gözləmədən həll edin. Müstəqil olun, kimsənin qarşısında əyilməyin. Zəifləri kimsə sevməz. Reallıqla çox az əlaqəyə malik tələbatlar və istəklər sizi yanlış yola apara bilər.
Şərtlərin uğurlu olması, situasiyanın əlverişli məcrada yer alması sizdə emosional eyforiya yaratmasın. Köhnə səhvləri təkrarlamayın. Bacara bilməyəcəyiniz işə başlamayın, boş vədlər verməyin.
Əqrəb - səhər saatlarından etibarın başqalarının problemi ilə məşğul olmaq o qədər də yaxşı seçim deyil. Öz maraqlarınızı unutmayın. Mənafelərinizi başqalarının istəklərinə qurban verməyin. Romantik görüş ola bilər.
Musiqi, mütailə istəyi olsa da, bu arzuları daha münasib zamana saxlayın. Ətrafınızdakı vurnuxmanın təsiri altına düşməyin. Mövqeyinizi və fikirlərinizi aşkar bildirin. Kölə olmayın, azadlığınızı və sərbəstliyinizi başqalarına hədiyyə verməyin. Yeni, genişmiqyaslı planlar qurmaq olar.
Axşam saatlarında dəvət aldığınız yerə qatılın.
Oxatan - günün ilk yarısında tənha qalmayın. Ümumi məqsədə doğru tərəfdaşlarla və şəriklərlə irəliləmək olar. Həmfikirlərin dediklərinə qulaq asın. Saatlar keçdikcə, sadəcə, tərəfdaş rolu ilə barışmaq istəməyəcəksiniz. Maraqlarınızın tapdandığını, kimlərinsə öz davranışı ilə ləyaqətinizi alçaltdığını düşünəcəksiniz. Belə hisslərə görə yaxın ətrafınızdakı insanlarla münasibətlərdə psixoloji gərginlik yaratmayın. Axşam saatlarına yaxın liderlik məziyyətlərinizi nümayiş etdirin.
Ailə üzvlərinin qayğısına qalın.
Oğlaq - cari və rutin işlər bir qədər darıxdırıcı olsa da, onları yerinə yetirmək gərəkdir. Yarımçıq işlər irəliləyişinizə maneələr yaradacaq. Yaşananlara neytral, emosiyalar olmadan yanaşmaq çox çətindir.
Səbəb isə istedadsız insanların dühadan, yaramazların ləyaqətdən danışmalarıdır. Təmkinli olun, belələrinə fikir verməyib öz işlərinizlə məşğul olun. Yaxınlarınızla təmaslarda emosional amil ön plana çıxmasın.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşə bilər. Rəğbət bəsləmədiyiniz insanlarla təmasları minimuma endirin.
Paxıllıq, qısqanclıq, qıcıq problemlər yaradacaq.
Dolça - səhər saatlarından etibarən təşəbbüskar olun, bilik və bacarıqlarınızı nümayiş etdirin. Saatlar keçdikcə fəaliyyət tempini aşağı salmayın. Qüvvənizə inanın. Qarşılıqlı münasibətlərdə pozitiv məqamlar olacaq.
Günün ikinci yarısında ailə və məişət qayğıları ön plana keçəcək. Səhhətinizə fikir verin.
Tapşırıqların mexaniki şəkildə yerinə yetirilməsi ilə kifayətlənməyin. Orijinal, qeyri-standart yolları seçin.
Balıqlar - şəxsi münasibətlərdəki problemləri aktiv şəkildə həll edin. Yaxın ətrafınızdakı insanlara, xüsusilə də ailə üzvlərinə güzəştlərə gedin. Onların yardım istəklərini qulaqardına vurmayın. Məsləhətlərdə xeyir var. ehtiyac olarsa, işlərin bir qismini etibar etdiyiniz insanlara tapşırın. Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Görüş, danışıqlar, rəğbət bəslədiyiniz insanlarla təmaslar üçün münasib zamandır.
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)