Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi media ilə əlaqələr üzrə məsul şəxs təyin edilib

img

08-06-2022 [15:04]


Bakı Ağır Cinayətlər Məhkəməsinə (BACM) kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs təyin edilib.

Məlumata görə, bu barədə məhkəmə sədri müvafiq əmr imzalayıb.

Əmra əsasən, BACM-nin hakimi Telman Hüseynov spiker təyin olunub.

Məlumatı Məhkəmə-Hüquq Şürası "Report"a təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl bu vəzifədə BACM-nin sədr müavini Əfqan Hacıyev çalışırdı. O, bir neçə gün əvvəl təqaüdə göndərilib.

Xatırladaq ki, T.Hüseynov 2018-ci ildən BACM-nin hakimi vəzifəsində çalışır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq