Avropa İttifaqı Gürcüstana yeni səfir təyin edib

img

08-06-2022 [16:43]


Pavel Herçinski Avropa İttifaqının (Aİ) Gürcüstandakı Nümayəndəliyinə rəhbər təyin edilib.

Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətindən bildirilib.

P.Herçinski hazırda Aİ Xarici Fəaliyyət Xidmətində departament direktorudur. O, xidmətin Təhlükəsizlik və Müdafiə Siyasəti üzrə direktor vəzifəsində də çalışıb. Bundan öncə Siyasət və Təhlükəsizlik Komitəsində Polşanın səfiri olub.

Qeyd edək ki, P.Herçinski yeni vəzifədə Karl Hartzeli əvəzləyəcək. K.Hartzel 2018-ci ilin sentyabrından Aİ-nin Gürcüstandakı səfiridir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA