DİN-də daha bir təyinat - Vilayət Eyvazov ona yüksək vəzifə verdi

img

08-06-2022 [11:03]


Daxili işlər orqanlarında daha bir təyinat olub.

Mia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Elman Parlanov Səbail Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini vəzifəsindən azad edilib.

Digər əmrlə E.Parlanov Daxili İşlər Naziliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Parlanov daha əvvəl Çevik Polis alayında komandir vəzifəsində də çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA