Səmra Rəhimli: "Onlar saxta olan hər şeyi anında tuturlar"

img

03-06-2022 [16:28]


"Avroviziya-2016” beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edən Səmra Rəhimli MTV Azərbaycan kanalında açıqlaması ilə diqqət çəkib.

Mia.az teleqraf.com-a istinadla xəbər verir ki, Səmra Rəhimli yenidən ölkəmizi müsabiqədə təmsil etmək istəyini dilə gətirib:

"Bir dəfə yenidən "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində ölkəmi təmsil etmək təklif edildi. Hər zaman Azərbaycanımı təmsil etməyə hazıram, öz komandamla, özüm istədiyim tərzdə, tam özümü ifadə edəcəyim formada olar. Bilirsiniz "Avroviziya" kütləsi necədir? Onlar saxta olan hər şeyi anında tuturlar".

Qeyd edək ki, Səmra Rəhimli Azərbaycanı "Avroviziya-2016" mahnı müsabiqəsində təmsil edib və 17-ci yerdə qərarlaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA