Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
03-06-2022 [00:03]
Qoç - təcili işləri daha yaxşı hesab etdiyiniz zamanadək ertələməyin. Başladığınız işi yanlışlıqlarsız, səhvsiz yerinə yetirməyə çalışın. Vaxtınıza qənaət edin. Yaşama daha pozitiv baxın. Çətin vaxt olsa da, situasiyadan itkilərsiz çıxa bilərsiniz. Günün ikinci yarısında məişət problemlərinin həllinə başlayanda durumu qiymətləndirin. Hisslərinizə hakim ola bilməsəniz, ciddi qarşıdurmanın iştirakçısına çevriləcəksiniz. Özünüzü qoruyun.
Buğa - yaradıcılıq ideyalarınız bol olacaq. Prosesin maraqlı olması üçün fəaliyyətinizi məntiqli təşkil edin. Aldığınız məlumatları qaydaya salın, gərəksiz informasiyalara ciddi önəm verməyin. Prioritetləri müəyyənləşdirin.
Günün ikinci yarısı yarımçıq işlərin başa çatdırılması, habelə pəhriz, diaqnostika, fiziki prosedurlar üçün əlverişlidir. Təmir və ya hobbiniz üçün gərəkli materialları ala bilərsiniz. Ailə üzvlərinizin qayğı ilə diqqətə ehtiyacı var. Az danışın, çox işləyin. Sizə faydalı nə isə deyə biləcək insanlarla ünsiyyətdə olun.
Şəxsi münasibətlərdə diqqətli olun. Sevdiyiniz insana kömək edin.
Əkizlər - yaranmış problemləri ən müxtəlif instansiyalarda həll etməyə çalışın. İşdə həmkarlarla və ya işgüzar tərəfdaşlarla müzakirələr üçün əlverişli zamandır. Hər şeyi təmkinlə, sakit şəkildə həll etmək olar. Hisslərlə emosiyalar arxa plana keçməlidir.
Günün ikinci yarısında maddi maraqlarınızın təminatı üçün gərəkli saydığınız bütün addımları atın.
Yaşam məkanında və fəaliyyət arealında düzəni pozmayın. Təfərrüatlara, habelə tərtibata fikir verin. Axşam saatlarında normal istirahət edin.
Xərçəng - yaradıcı potensialınızdan maksimum istifadə edin. Görüşü, diskussiyanı, müzakirələri təxirə salmayın. Energetik səviyyəniz yüksəkdir. Təmaslardan yeni layihəniz üçün yararlanın. Anlaşmanı pozmayın, vədlərə riayət edin.
Günün ikinci yarısında əlaqələrdə fərdi maraqları ön plana çıxararaq ümumi mənafeni qulaqardına vurmayın. Əmlak məsələsi bilavasitə iştirakınızı tələb edir. Yaxınlarınızın dediklərinə qulaq asın. Sistemləşdirmə daxili tarazlığa və stabilliyə nail olmağa imkan verəcək.
Şir - günün ilk yarısından etibarən maddi məsələlərin həllinə başlayın. Situasiyanın yaratdığı süni məhdudiyyətlərin qarşısında geri çəkilməyin. Planlarınızı reallaşdırın, istəklərinizi unutmayın.
Çılğın arzuların əsirinə çevrilməyin.
Günün ikinci yarısında əlaqələrin genişləndirilməsinə, yaxın ətrafınızdakı insanlara təsir imkanlarınızın artırılmasına zərurət duyulur. Çətindir, amma başlayın. Yaxınlarınız sizə dəstək olacaqlar. Məsuliyyətiniz artacaq.
Mürəkkəb intellektual fəaliyyətə hazır olun.
Axşam saatlarında fiziki təmrinlərdə xeyir var.
Qız - istənilən, hətta ən kiçik hadisələri təhlil etməklə vaxtınızı hədər keçirməyin. Sürətli seçim edin və dərhal işə başlayın. Ev işlərini görmək, məişət qayğılarını çözmək üçün yaxşı zamandır. Yeni ideyaya maraq yarana bilər.
Günün ikinci yarısında fikirlərinizi etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz.
Kollektiv fəaliyyətə üstünlük verin. Sevdiyiniz insanla münasibətlərdə ən kiçik məqamın önəmi var. Laqeydlik və donuqluq əhvalınızı poza bilər.
Tərəzi - günün ilk yarısı neytral zamandır. Cari işlər, rutin qayğılar diqqət və sərvaxtlıq tələb edir. Münasibətlərdəki xaosu aradan qaldırın, nizamsızlığın səbəblərini tapın.
Başladığınız işi keyfiyyətlə görün. Xırdalıqlardan bəhrələnin, məlumatları sistemləşdirin.Günün ikinci yarısında işdə rəhbərliklə danışmaq və ya yeni iş yeri axtarışlarına başlamaq olar. Amma önəmli, yekun qərarlar qəbul etməyin. Fikirləşmək, düşünüb-daşınmaq üçün xeyli vaxtınız var. Axşam saatlarını ailə üzvləri ilə birlikdə keçirin. Pəhrizə başlamaq üçün münasib zamandır.
Əqrəb - yaşamın yaratdığı problemlər nə qədər ağır olsa, fəaliyyətiniz bir o qədər maraqlı təsir bağışlayacaq. Kreativ olun, amma başqasının əvəzinə çalışmayın. Özünüzü çox yormayın.Bir qədər nəfəs alın, dincəlin və sonradan yenə sürətlə çalışmağa başlayın.
Günün ikinci yarısı dostlarla ünsiyyət, görüş, səfər, yaradıcılıq üçün yaxsıdır. Xərcləriniz irrasional təsir bağışlamamalıdır.
Şəxsi münasibətlərdə qayğıkeş olun. Sevdiyiniz insanı sevindirin. Ona hədiyyə verə bilərsiniz.
Oxatan - günün ilk yarısı ağır zamandır. Təcili həll tələb edən məsələlərin sayı artacaq. Başqalarının işini görməyin. Gərəkli olanı görün, əlavə vədlər verməyin. Ağır və mürəkkəb iş yaşam situasiyası ilə bağlı nigaranlıqdan qurtulmağa imkan verəcək.
Yaxınlarınızla münaqişə etməyin.
Günün ikinci yarısında işlə məşğul olun, boş söhbətlərin statik iştirakçısına çevrilməyin. Axtarışlarınız gözlənilən nəticəni verəcək. Uzun müddətdən bəri sizi gərgin vəziyyətdə saxlayan problemi həll etməyə can atın.
Axşam saatlarında sakit istirahəti seçin.
Oğlaq - günün ilk yarısında baş verəcək dəyişikliklərdən və formalaşan situasiyalardan yararlanaraq fəaliyyət istiqamətinizi dəyişə bilərsiniz. İş qrafikinə və planlara yenidən baxın. Qətiyyətli, iradəli, əzmli hərəkətlərdə xeyir var.
Günün ikinci yarısında ikinci dərəcəli məsələləri bir kənara qoyaraq önəmli problemin həlli ilə məşğul olun. Yaxın ətrafınızdakı insanlara çox aludə olmayın, öz maraqlarınızı təmin edin.
Axşam saatlarını maraqlı insanla keçirin.
Dolça - sərt danışmayın, əsəblərinizi qoruyun. Konkret məsələ ilə bağlı mövqeyinizi yaxın ətrafınızdakı insanlara bildirəndə ehtiyatlı olun. Peşəkar fəaliyyət prosesini yaxşılaşdırmağa çalışın. Unutmayın ki, münasibətləri korlamaq çox asandır.
Günün ikinci yarısında əlavə xərclər istisna deyil.
Ev işləri və məişət qayğıları adi günlərdən fərqli olaraq daha çox vaxt tələb edir. Ailə üzvlərinin problemlərinin həllində astagəllik etməyin. Axşam saatları romantik anlar vəd edir.
Balıqlar - təmkinli olun, təxribatlara uymayın. Düşünülməmiş qərarlar xoşagəlməz vəziyyət yaradacaq. Başqasının badına getməyin. Aktiv fəaliyyətə can atsanız belə, cari işləri unutmayın. "Qlobal" sözünü unudun, ilk baxışdan xırda və mənasız təsir bağışlayan məqamların arxasındakı mənanı anlamağa çalışın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə anlayışla bağlı problem yaranacaq. Qarşı tərəfin tam fərqli mövqe tutduğu məsələ ilə bağlı müzakirələrə başlamayın. Əsəblərinizə heyfiniz gəlsin.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)