Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
31-05-2022 [00:12]
Qoç - Günün ilk yarısından başlayaraq maraqlarınızın təminatına çalışın. Emosional davranmayın, hisslərinizə hakim olun. Romantikaya qapılmayın. Ailə üzvlərinizdən və ya qohumlarınızdan birinin qayğıya ehtiyacı var. Çətin məsələlərin həllinə başlayın. Problemlərin həllini təxirə salmayın.
Günün ikinci yarısında işdə problemlər yarana bilər. Ön sıralarda olun. Məhz sizin aktivliyiniz tarıma çəkilmiş əsəblərin sakitləşdirilməsində həlledici rol oynaya bilər. Axşam saatları müzakirələr və ya toplantılar üçün əlverişlidir.
Buğa - Yaxın gələcəklə bağlı planlarda mütləq dəyişikliklər olmalıdır. Vəziyyətdəki yenilənmələri nəzərə alın. Məqsəd və prioritetləri dəqiqləşdirin. Süst və apatik olmayın. Problemlərin həllində alternativ variantlara xüsusi fikir verin.
Günün ikinci yarısında psixoloji baxımdan çevik olun. Sürətli reaksiya, aqressiv hücum taktikası tələb edən işlərə başlamaq üçün münasib zaman deyil. Rəqiblərin davranışlarını səhih şəkildə izləyin.
Axşam saatlarını yaxınlarınıza həsr edin.
Əkizlər - Günün ilk yarısında harasa tələsəndə fikirlərinizin ümumi axarının pozulmasına imkan verməyin. Vurnuxmalar sizi təbdən çıxarmasın. Yaxın gələcəklə bağlı perspektiv planların hazırlanmasına başlayın.
Müvazinətin dəyişməsi işlərin xeyrinə deyil.
Günün ikinci yarısında sayıq və sərvaxt olun. Mənasız söhbətlərin iştirakçısına çevrilməyin. Situasiyada qeyri-müəyyənlik varsa, alışdığınız və dəqiq bildiyiniz metoddan yararlanın.
Axşam saatlarındakı durumda özünüzü suda balıq kimi hiss edəcəksiniz.
Seçim zərurəti var.
Xərçəng - İslahatlara və yeniliklərə başlamaq üçün əlverişli zamandır. Fəaliyyətinizdə stabilliyə nail olun. Cari problemlərin kəskinliyi azalacaq. Təsadüfi anlaşılmazlıqların çözümü var.
Günün ikinci yarısında sinirlərinizi gərəcək situasiyada təmkinli davranın. Məqsədə nail olmaq üçün iradəli olun. Mövqelərinizdən əsla geri çəkilməyin. Qarşı tərəfin fikirlərini qulaqardına vurmayın.
Qarşılıqlı anlaşma ən ağır problemin həllinə imkan verəcək.
Axşam saatlarında diqqətli olun.
Şir - Ballasta, mənasız yükə çevrilən nə varsa, ondan qurtulun. Köhnəlmiş münasibətlər, önəmini itirmiş əlaqələr, dünyaya və hadisələrə hələ də idealist baxan insanlardan qurtulun. Məqsədə doğru qətiyyətlə irəliləyin.
Günün ikinci yarısında nikbin olun. İnsanların gur olduğu yerlərə qatılmayın. Fəaliyyətinizdə müstəqil olun. Nisgil istisna deyil. Kövrəlməyin.
Axşam saatlarında gəzintiyə çıxın.
Qız - Münasibətlərinizdəki gərgin məqamlardan qurtulmaq üçün tərəf-müqabil seçimində diqqətli olun. Təsadüfi işbirliyi və ya aktuallığını itirmiş əməkdaşlıqla bağlı qəti qərar vermək zamanıdır. Dəyər verdiyiniz əlaqələrisə inkişaf etdirin.
Fəaliyyətinizdə müşahidə olunan ziddiyyətləri günün ikinci yarısında aradan qaldırmaq olar. Əməkdaşlıqda rolları müəyyənləşdirin, iş bölgüsünü konkretləşdirin. Qarşı tərəfin fikrini mütləq nəzərə alın. Romantik əlaqələr üçün münasib zaman deyil. Hisslərin əsiri olmayın.
Ümumi arzular və planları müzakirə edin.
Tərəzi - Aldığınız məlumatlardan istifadə edərək fəaliyyətinizi intensivləşdirin. Yarımçıq işləri başa vurun. Dövr aktivlik tələb edir.
Təxirə saldığınız işlərin yaxşı perspektivləri var. Sizə yardım etmək istəyən insanın təklifindən imtina etməyin. Ev işlərində və ailə məsələlərində ciddi yeniliklərə, köklü dəyişikliklərə başlamaq məsləhət deyil.
Yaxın gələcəklə bağlı planlar qurun. İdeyanızı reallaşdırmağa başlayın.
Sizi maraqlandıran təcrübəyə, biliyə malik insanlarla ünsiyyətdə olun. İşləri təkmilləşdirmək olar.
Əqrəb - Günün ilk yarısındakı ab-hava işlərinizə müsbət təsir edəcək. Daxili durumunuz stabilləşsin. Təşəxxüslü və eqoist olmayın.
Şəxsi münasibətlərdə qarşı tərəfin maraqlarını mütləq nəzərə alın.
Günün ikinci yarısında fəaliyyətinizdə yeni mərhələyə keçid üçün əlverişli şərait yaranacaq. Diqqətli davransanız, bəzi təfərrüatları görə bilərsiniz. Məkrli və kinli insanla əlaqələri kəsin. Sentimental olmayın, hisslərə qapılmayın.
Axşam saatları passiv dövrdür. Yaxşı istirahət edə bilərsiniz.
Oxatan - Günün ilk yarısında passiv olmayın. Aktual olaylarla bağlı neytral mövqe tutmayın. İşlərdəki təbii fasilələr diqqətinizi önəmli məsələlərə yönəltməyə imkan verir. Yaşam arealında yeniliklərə başlaya bilərsiniz.
Günün ikinci yarısında situasiyanın qeyri-müəyyənliyi sizi sıxa bilər. Bir işi başa vurmamış başqasına başlamayın. Seçim qarşısındasınızsa, tələsik qərar verməyin. Təmkinli, müdrik olun.
Yaxın ətrafınızdakı insanlarla taktiki şəkildə davranın.
Oğlaq - Ətrafınızdakı vurnuxma və tələskənliyə uymayın, düşünülməmiş qərarlar verməyin. Qəribə məlumatlar və təsadüfi görüşlər sizi məqsədə aparan yoldan sapdırmamalıdır.
Günün ikinci yarısında sakitləşin, aram şəkildə çalışın. Ailə üzvləri və dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın. Sevdiyiniz insanın dediklərini dinləyin. Öz maraqlarınızı hər şeydən və hamıdan üstün tutmayın.
Müəmmalı durumdan çıxış yolunu axtarmaq üçün axşam saatları əfzəldir.
Dolça - Maddi durumunuza və ümumiyyətlə, imkanlarınızın səviyyəsinə bir daha nəzər salın. Yaşam arealında təftişə başlamaq olar. Gərəksiz əşyaları ehtiyacı olan insana bağışlayın.
Günün ikinci yarısında təsadüfi hadisələr istisna deyil. Əhvalınız sürətlə dəyişə bilər. Orqanizminizi sınağa çəkməyin. Rasionunuza fikir verin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - Adi gündür. Rahat, sakit şəraitdə çalışa bilərsiniz. Ünsiyyətdə heç bir gərginlik olmayacaq. Situasiyaya kəskin müdaxilə etməyin. Fəaliyyət planlarınız barədə yaxın ətrafınızdakı insanlara geniş, müfəssəl məlumat verməyə heç bir ehtiyac yoxdur.
Günün ikinci yarısında gərəkli məlumatı əldə edin. Alış-verişdə simiclik etməyin. Yenilənmələrdən bəhrələnərək tərəfdaşlarla müzakirələr aparın. Təmaslar spontan, hətta xaotikdir. Mənasız əlaqələrdən qurtulun.
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib