Konfrans Liqası: "Roma" qalib gəlib - VİDEO

img

26-05-2022 [09:01]


UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Məlumata görə, ilk dəfə təşkil olunan turnirin final oyununda Niderland "Feyenoord"nu məğlub edən İtaliya "Roma"sı titula sahib çıxıb.

Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. 32-ci dəqiqədə fərqlənən Nikola Zaniolo "canavarlar"a qələbə qazandırıb.

Bu, "Roma"nın 95 illik tarixində 2-ci, komandanın baş məşqçisi Joze Mourinyonun isə 5-ci avrokubok titulu olub. Paytaxt təmsilçisi daha əvvəl 1961-ci ildə Yarmarkalar Kubokunu əldə edib. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb. Mourinyo bununla 3 avrokubok turnirində titul qazanan ilk baş məşqçi olub.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR