UEFA prezidenti: "Heç bir klub bizə göstəriş verə bilməz"

UEFA prezidenti: "Heç bir klub bizə göstəriş verə bilməz"

İDMAN

26.05.2022, 09:27

"UEFA-nın kifayət qədər ciddi maliyyə feyr-pley qaydaları var. Bunlara əməl etməyənlər bizim bayrağımız altında keçirilən yarışlarda iştirak etməyəcək".

Məlumata görə, bunu UEFA prezidenti Aleksander Çeferin BBC-yə Fransanın PSJ klubunun Kilian Mbappe ilə imzaladığı yeni müqavilədə maliyyə feyr-pley qaydalarını pozması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Sloveniyalı funksioner qeyd edib ki, nə İspaniya "Real Madrid"i, nə də başqa bir klub Avropa futbol qurumuna göstəriş verə bilər: "Başa düşürəm, hazırda Madrid təmsilçisi bu keçidin alınmamasına görə qəzəblidir. Amma bildiyimə görə, onların təklifi də PSJ-nin şərtlərinə bənzəyirdi".

Xatırladaq ki, Kilian Mbappe PSJ ilə 3 illik yeni sözləşməyə imza atıb. 24 yaşlı hücumçu buna görə 300 milyon avro bonus qazanıb. Onun Paris təmsilçisindəki illik gəliri isə 100 milyon avro olacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR