Sabah bu rayonlarda qaz olmayacaq

img

25-05-2022 [17:40]


Sabah Gədəbəy, Şəmkir və Yevlax rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq.

Mia.az “Azəriqaz”a istinadla bildirir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Şəmkir-Gədəbəy” yüksək təzyiqli magistral qaz xəttində yaranmış qaz sızmalarının ləğvi və “Aran” QPS-də görüləcək təmir işləri ilə əlaqədar, mayın 26-da saat 10:00-dan etibarən təmir işləri başa çatana qədər “Çənlibel” və “Gədəbəy” QPS-lərdən, “Zəhmət” və “Morul” QTM-lərdən, “Yastı Meşə” və “28 May (Aran)” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA