Ukrayna ordusu kamikadze dronlardan istifadə edir

img

24-05-2022 [11:57]


Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronlardan istifadə etməsinə dair ilk görüntülər yayılıb.

Mia.az Report-a istinadla xəbər verir ki, kamikadze dronunun Rusiya texnikası və hərbçilərini zərərsizləşdirməsi videosu Ukraynanın Xüsusi Əməliyyatlar Qüvvələrinin feysbuk səhifəsində paylaşılıb.

“Rusiya işğalçıları zirehdə oturaraq rahatca alkoqol içirdilər. Lakin onların adət etdiyi məşğuliyyət qəflətən aviazərbə ilə dayandırılıb. Güclü partlayıcı maddə ilə təchiz edilmiş müasir kamikadze pilotsuz uçan aparat birbaşa tanka çırpılıb. Düşmən itkilər verib”, - Xüsusi Əməliyyatlar Qüvvələrinin Komandanlığı bildirib.

Paylaşımda hansı drondan istifadə edildiynə dair məlumat verilməsə də, bunun ABŞ istehsalı “Switchblade” olduğu güman edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA