Güclü külək əsəcək, bəzi bölgələrə dolu düşəcək - Xəbərdarlıq

img

23-05-2022 [15:36]


Bakıda və Abşeron yarımadasında mayın 23-ü axşam, 24-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətiməlumat yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarında isə mayın 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq 26-sı səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA