Putinin köməkçisi rəsmi Kiyevi danışıqları pozmaqda ittiham edir: "Biz danışıqlara yenə hazırıq”

img

23-05-2022 [10:19]


“Rusiya Ukrayna ilə danışıqlara yenə hazırdır”.

Mia.az xəbər verir ki, bunu Ukrayna ilə danışıqlar üzrə heyətin üzvü, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib.

O bildirib ki, sülh danışıqlarının davamı tamamilə Ukraynadan asılıdır: "Onlar prosesi dondurub. Rusiya heç vaxt danışıqlardan imtina etməyib. Bunu Putin də dəfələrlə təsdiqləyib. Biz danışıqlara hazırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA