“Bu əhvalat mənim həyatımın ən böyük səhvidir” - polkovnik Füzuli Musayev

img

07-04-2014 [12:43]



Son günlər gənc müğənni Ayanla evlilik xəbərləri yayılan Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Day.az radiosunda bu məsələylə bağlı çok açıqlama verib. Ayan dayanmadan sosial şəbəkələrdə xoşbəxt ailə toblosu təsiri bağışlayan fotolar yayımlasa da Füzuli Musayev bu əhvalatın onun həyatının səhvi olduğunu etiraf edib:

"Bir şeyi deyə bilərəm. Öz ailəmi çox sevirəm! Mənim qızım, oğlum və nəvəm var və mən onlarla fəxr edirəm. Səhv eləmək insanlara xas cəhətdir və heç kim səhvdən sığortalanmayıb. Bu əhvalat mənim həyatımın ən böyük səhvidir. Bəli. Bu mənim ən böyük səhvimdir. Kimsə məqsədyönlü şəkildə KİV-də bu məsələni dayandırmır. Ancaq mən özüm bu aylar ərzində heç vaxt bu mövzuda danışmamışam və gələcəkdə də danışmaq niyyətim yoxdur. Sizdən də xahiş edirəm ki, bu məsələni çox diqqətdə saxlamayasınız. Hazırda məni narahat edən yeganə məsələ ailəm və uşaqlarımdır. Yenə deyirəm - bu mənim ən böyük səhvimdir.

Bunu etiraf etməkdən qorxurdum... Amma siz hər şeyi elə təqdim etdiniz ki, məni çıxılmaz vəziyyətdə qoydunuz, heç şərh vermək şansı da buraxmadınız... Və mən bu kiçik açıq söhbətdən qorxmuram... Bu həyatımda hansısa anlaşılmaz bir hiss idi... Sadəcə səhv. Bəzi insanlar irəli getmək üçün mənim səhvimdən, mənim adımdan istifadə etdilər. Onları heç kim dayandırmırdı, yalnız irəli gedirdilər. Və onda mən anladım ki, bu mənim həyatımda görmək istədiyim şey deyil. Düşünürəm ki, bu əhvalat tez unudulacaq. Axı əldə etdiklərim asan olmayıb. İstəmirəm ki, bir səhvim uzun illər çəkdiyim zəhmətin üzərindən xətt çəksin”

Digər xəbərlər
SON XƏBƏRLƏR