07-04-2014 [11:49]
Aprel ayının 3-də Mədəniyyət şöbəsi Ədəbiyyat klubunun təşkilatçılığı ilə Qafqaz Universitetində millət vəkili, yazıçı Hüseynbala Mirələmov ilə görüş keçirildi. Bu görüşdə yazıçının "Vicdanın cəzası” adlı sonuncu kitabı müzakirə edildi. Görüşdə universitetin rektoru Ahmet Sanıç, universitetin müəllim və professor heyəti iştirak edirdi. Müzakirələrdən öncə yazıçının həyat və yaradıcılığı haqqında qısa metrajlı film nümayiş edildi. Giriş sözü ilə çıxış edən professor, elmlər doktoru Minaxanım Nuriyeva yazıçı Hüseynbala Mirələmov şəxsiyyəti və ədəbi yaradıcılığının bir vəhdət olduğunu vurğuladı.
"Vicdanın cəzası” kitabına daxıl olan əsərlərin müzakirəsi səmimi bir şəraitdə keçdi. Tələbələrin Hüseynbala Mirələmova ünvanlanan sualları və yazıçının yaradıcılığı haqqında maraqlı fikirləri və mövqelər səsləndirildi. Yazıçı bütün suallara geniş cavablar verərək tələbələrin fikirlərini yüksək qiymətləndirdi. Görüş iştirakçılarının "Yazıçının nə üçün bu kitabında məhz Qarabağ, erməni- Azərbaycan mövzusuna toxunması” sualına yazıçı bu hadisələrin şahidi olduğunu və bu faciələrə səssiz qala bilmədiyini, bu olanları gələcək nəsilə ötürmək üçün yazılmasını vacib bildiyi üçün qələmə aldığını izah etdi. Müzakirə boyunca Qarabağ bölgəsindan olan tələbələrin ailələrindən eşitdiklərini bölüşərək öz fikirlərini bildirmələri xüsusi maraq doğurdu. Hüseynbala Mirələmovun diqqətini çəkən xüsusi bir məqam bu görüşün Ədəbiyyat klubu üzvləri tərəfindən təşkil olunması oldu.
Tələbə gənclərin sosial fəaliyyətini dəyərləndirən yazıçıya universitet rektorunun "Mən də Sizin kimi bu tədbirə dəvətliyəm. İnanın gün ərzində Tələbə klublarının bir neçə layihələrində iştirak edirəm. Bu tədbirləri təqib etmək bəzən vaxt ölçüsündən çətin olur” cavabı Ədəbiyyat klubunun fəliyyəti ilə daha yaxından tanışlıq istəyini yaratdı. Klubun tanıtımı və təqdimatına aid olan video çarx nümayiş olundu. Yazıçı Hüseynbala Mirələmov klubun fəaliyyətini çox yüksək qiymətləndirdiyini və müxtəlif universitetlərdə belə görüşlərdə iştirak etməsinə baxmayaraq Qafqaz universiteti tələbələrinin daha səlist və şüurlu düşündüyünü, görüşün gedişatını çox bəyəndiyini ifadə etdi. Yazıçı onun yaradıcılığına universitetdə maraq göstərildiyini önə çəkərək, hələ bir ay əvvəl Universitetin səhnəsində dram dərnəyi üzvlərinin sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın quruluşunda "Xəcalət” tamaşasını yüksək səviyyədə nümayiş olunmasını bir daha alqışladı. O, tələbələrə mütaliənin önəmindən bəhs edərək çox oxumağı məsləhət gördü və gələcək zamanlarda yenidən belə görüşə gəlməkdən məmnun olacağını dilə gətirdi.
Görüşün sonunda rektor Ahmet Saniç Hüseynbala Mirələmovun müxtəlif siyasi və önəmli vəzifələrdə çalışmasına baxmayaraq mütaliə edib, əsərlərini qələmə almasını təqdir edərək, tələbələrə müraciətlə zamanın elastik olduğunu, nə qədər çox şey sığışdıra biləcəyimizi anladaraq bu zamanı düzgün istifadə etməyə çağırdı. Rektor, millət vəkili Hüseynbala Mirələmova universitetin sənət kursları tələbələrinin əl işlərindən bir ebru sənəti nümunəsini hədiyyə etdi. Görüş yazıçı ilə görüş iştirakçılarının xatirə şəklinin çəkilməsi və yazıçı Hüseynbala Mirələmovun öz müəllifi olduğu kitablara şəxsi imza atması ilə yekunlaşdı.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb