İlham Mirzəyevin həbs xəbəri yayıldı

img

11-04-2014 [13:36]


Tanınmış teleaparıcı İlham Mirzəyevin saxlanıldığı barədə redaksiyamıza məlumat daxil olub. Aparıcı ilə eyni binada yaşayan sakinlərdən daxil olan məlumata görə, bir neçə dəqiqə əvvəl polislər onu saxlayaraq aparıblar. 

Onu saxlayanların DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğu deyilir. Polisin İ.Mirzəyevi niyə narahat edə biləcəyi haqda hər hansı məlumat öyrənmək mümkün olmayıb.

DİN mətbuat xidmətindən "Azadlıq”ın əməkdaşına teleaparıcının saxlanmasından məlumatsız olduqlarını deyiblər. /Azadliq.info/


Digər xəbərlər
SON XƏBƏRLƏR