Abşeronda zavodun ərazisində yanğın olub

Abşeronda zavodun ərazisində yanğın olub

CƏMİYYƏT

17.05.2022, 13:09

Abşeronda zavodun ərazisində yanğın olub.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, rayonun Ceyranbatan qəsəbəsində hazırda fəaliyyət göstərməyən ağac emalı zavodunun ərazisində ümumi sahəsi 672 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları, içərisində həcmi 5 m³ olan mazut çəni və soba yanıb. Yanğın zamanı sexin içərisində həcmi 30 litr olan 4 ədəd propan qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR