CHP İstanbul şəhər təşkilatının sədri barədə həbs qərarı qüvvəyə minib - Kılıcdaroğlu deputatlara çağırış etdi

img

12-05-2022 [19:42]


CHP İstanbul şəhər təşkilatının sədri barədə verilən məhkəmə hökmü qüvvəyə minib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təşkilat sədri Canan Kaftancıoğlu 2020-ci ildə sosial media hesabındakı bəzi paylaşımlara görə cəzalandırılıb.

O, "Dövlət vəzifəlisinə qarşı vəzifəsinə görə təhqir", "Türkiyə dövlətinin aşağılamaq" və "Türkiyə prezidentini təhqir" ittihamları ilə ayrı-ayrı cinayət işləri üzrə mühakimə olunub. Son nəticədə məhkəmə hər üç iddianı birləşdirərək, ona ümumilikdə 4 il 11 ay 20 gün həbs cəzası kəsib.

Məhkəmə ona həm də siyasi fəaliyyətlə məşğul olmağı da qadağan edib.

Qərardan dərhal sonra təşkilat sədri öıkədə hüquqsuzluğun hökm sürdüyünü deyib: "Əsla qorxmayın, az qaldı, biz bu iqtidarı göndərəcəyik"..

CHP başqanı Kamal Kılıcdaroğlu isə tvit ataraq bütün CHP-li deputatları İstanbul təşkilatına toplanmağa çağırış edib.
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA