CNN telekanalı Rusiya hərbçilərinin iki mülki vətəndaşın güllələməsini təsdiq edən görüntü yayıb
12-05-2022 [16:34]
CNN telekanalı Ukraynadakı Rusiya hərbçilərinin iki mülki vətəndaşı arxadan güllələdiyini əks etdirən video yayımlayıb.
Mia.az xəbər verir ki, ölənlərin şəxsiyyəti müəyyənləşib. Məlum olub ki, həmin şəxslər 68 yaşlı mühafizəçi Leonid Plyats və hələ ki adı açıqlanmayan avtosalonun sahibidir.
Belə ki, hadisənin anbaan görüntüləri paytaxt Kiyev yaxınlığında adı açıqlanmayan və kanalın balansında olan diler mağazasının ərazisində quraşdırılmış müşahidə kameralarında qeydə alınıb.
CNN telekanalının məlumatına görə, videogörüntülər martın 16-da Rusiya hərbçilərinin Ukraynanın paytaxtını ələ keçirmək cəhdi zamanı aparılıb.
Telekanal videodakı əsgərlərin geyim forması, şahid ifadələri və həmin vaxt əraziyə hansı tərəfin qüvvələrinin nəzarəti altında olmasının təhlili əsasında Rusiya ordusuna aid olduğunu müəyyən edib.
Kadrların birinin üzərində “Tank Xüsusi Təyinatlısı Rus” yazısı və "V" hərfləri olan furqonun “Velomağaza” işarəsi olan binaya doğru hərəkəti əks olunur. CNN bildirib ki, beş Rusiya əsgəri maşından düşür, qıfıl və pəncərələrə atəş açaraq binaya girməyə çalışır.
Bu zaman mühafizə postunun binasında Leonid Plyats və salonun sahibi hərbçilərin qarşısına çıxmağa hazırlaşır. Digər bir kamera tərəfindən lentə alınan görüntülərdə əsgərlərin kişiləri necə axtarması, onlarla söhbəti və onları buraxması təqdim olunur. Plyats və salon sahibi mühafizə postuna qayıdanda iki əsgər onları arxadan güllələyir.
Hadisədən sonra ayağı sarğılı Plyats mühafizə postuna yaxınlaşaraq telefonla ukraynalı könüllülərə zəng edə bilib. Könüllü dəstənin komandiri CNN-ə deyib ki, onlar Rusiya hərbçiləri ilə atışmaya girərək mühafizəçiyə çatmağa çalışıblar. Nəticədə Plyats binadan çıxarılıb, lakin o, qan itkisindən vəfat edib.
Bundan başqa, CNN üç Rusiya hərbçisinin binadakı şfak masalarda axtarış apardığı, həmçinin spirtli içki qəbul etdiyi zaman görüntülərini də paylaşıb. Telekanalın məlumatına görə, əsgərlər məkanda axtarış apararkən Plyats hələ sağ idi.
Ukrayna prokurorluğu CNN-ə bildirib ki, onlar hadisəni hərbi cinayət kimi araşdırırlar. Rusiya Müdafiə Nazirliyi isə jurnalistlərin şərh sorğusuna cavab verməyib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Kiyev vilayətinin şəhərləri Rusiya qoşunlarının nəzarətinə keçib. Rusiya qüvvələri bölgəni tərk etdikdən sonra bu ərazilərdə öldürülən dinc sakinlərin meyitləri aşkarlanmağa başlayıb. Ümumilikdə, Kiyev vilayətində, polisin mayın 9-da verdiyi məlumata görə, Rusiya hərbçiləri tərəfindən öldürülən 1 254 mülki şəxsin nəşi tapılıb.
Rusiya qətliamlarda iştirakını inkar edib.
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb