Stoltenberq: "Finlandiyanın NATO-ya üzvlüyü həm alyansı, həm də Finlandiyanı gücləndirəcək"

img

12-05-2022 [14:37]


Finlandiyanın NATO-ya üzvlüyü həm alyansı, həm də Finlandiyanı gücləndirəcək.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.

“Finlandiya müraciətlə bağlı qərar qəbul etsə, üzvlük prosesi hamar və sürətli olacaq”, - Stoltenberq bəyan edib.

Baş katib əlavə edib ki, yetkin demokratiyaya malik Finlandiya NATO-nun ən yaxın tərəfdaşlarından biridir, Avropa İttifaqının (Aİ) üzvüdür və Avro-Atlantik təhlükəsizliyə mühüm töhfə verən bir ölkədir/APA.

Xatırladaq ki, bu gün Finlandiya Prezidenti və Baş naziri ölkənin NATO-ya üzvlüyünü dəstəkləyib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA