Səudiyyə Ərəbistanının Baş prokuroru Kamran Əliyevlə birgə Şuşada - FOTOLAR
11-05-2022 [18:43]
Mayın 11-də Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevlə birlikdə Füzuli şəhərinə və ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.
Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, qonaqlar öncə “Qarabağın hava qapısı” hesab olunan sosial-iqtisadi əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olub, onlara bütün müasir və beynəlxalq standartlara cavab verən aeroportda yaradılan şərait barədə geniş məlumat verilib.
Daha sonra qonaqlar Füzuli şəhərinin təməl daşının qoyulduğu ərazi ilə tanış olub, aparılan abadlıq-quruculuq işlərinin əsas hədəfinin “Böyük Qayıdış”a hazırlaşan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılması olduğu diqqətə çatdırılıb.
Nümayəndə heyətinin üzvləri yol boyu erməni qəsbkarları tərəfindən Azərbaycanın inkişaf etmiş şəhərlərindən biri olan Füzulinin məqsədyönlü olaraq vəhşicəsinə viran edilmiş yaşayış məskənlərinin və infrastruktur obyektlərinin, insanlığı dəhşətə gətirən vandalizmin əyani şahidi olublar.
Daha sonra nümayəndə heyəti İkinci Qarabağ müharibəsində qələbəmizin rəmzlərindən biri hesab edilən rəşadətli Azərbaycan Ordusunun çətin relyef şəraitində irəlilədiyi “Zəfər yolu” ilə tanış olaraq Şuşa şəhərinə səfər edib.
Qonaqlarla görüşən Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Qarabağın incisi Şuşa şəhərində dövlət başçısının tapşırığı ilə həyata keçirilən genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.
Bildirilib ki, müstəsna mənəvi, tarixi dəyərə malik olması səbəbindən Şuşada aparılan yenidənqurma işlərinə xüsusi həssaslıq və qayğı ilə yanaşılmış, qısa zaman ərzində şəhər ərazisində zəruri infrastruktur layihələri icra edilməklə yanaşı memarlıq abidələrin bərpası istiqamətində işlər aparılmıb.
Qonaqlar ilk öncə ümummilli lider Heydər Əliyevin bilavasitə səyləri nəticəsində qorunub saxlanan dünya şöhrətli xadimlərin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət ediblər.
Daha sonra Cıdır düzünü ziyarət edən qonaqlara füsunkar mənzərəyə malik ərazinin şuşalıların və Şuşaya təşrif buyuran qonaqların sevimli məkanı, eləcə də YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilən çövkən oyunları, Novruz bayramı və digər el şənliklərinin keçirildiyi seyrəngahı olduğu bildirilib.
Nümayəndə heyəti həmçinin, ölkə başçısının rəhbərliyi ilə əvvəlki görkəmində tam bərpa edilən Molla Pənah Vaqifin məqbərəsini, eləcə də tarixi Qala divarlarını, Yuxarı Gövhərağa məscidini, Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün ev muzeyini ziyarət ediblər.
Qonaqlara 12-14 may tarixlərində Şuşa şəhərində V Xarıbülbül Beynəlxalq Folklor Festivalının keçiriləcəyi bildirilməklə 1989-1991-ci illərin may ayında Şuşa şəhərində keçirilən beynəlxalq status almış musiqi festivalının 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil edildiyi diqqətə çatdırılıb.
Səfərdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr və ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev iştirak ediblər.
Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.
“Şamaxı” Emin Zamanovla vidalaşdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Sabah" klubu Elvin Camalovla yollarını ayırıb
İlham Əliyev yXristian Liderlər Konqresinin rəhbəri ilə görüşdə: "Bayden-Blinken administrasiyası dövründə..."
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlayıb
Daha bir bələdiyyə sədrinə cinayət işi açılıb - Tender saxtakarlığı
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsə verilən ölüm hökm təsdiqlənib - "Tezliklə hökm icra olunacaq"
Sahibkarlıq sahəsində yoxlamalar dayandırılır
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə ordusu İraqın şimalında terrorçuları zərərsizləşdirib
Oteldəki yanğından yataq üzlüyünü bir-birinə bağlayaraq xilas olan şəxs: "Biz şanslı idik..." - FOTO
Dəhşətli yanğında ailəsini də itirən "Hava yolları"nın işçisi son nəfəsində anasına zəng edib: "Haqqını halal elə"
İsrailin müdafiə nazirindən yeni hücum xəbərdarlığı: "İordan çayının qərb sahili..."
İranda neft zavodunda yanğın olub - Qaz anbarı partlayıb
"Dortmund Borussiya"sı türk məşqçini istefaya göndərdi
Sabahın hava proqnozu açıqlandı
Novruz bayramında əfv olacaq - "Hazırlıqlara başlanılıb"
Onlar Dini Komitənin yanında İctimai Şuraya can atır - SİYAHI
Həbs olunan icra başçıları YAP üzvlüyündə niyə qalıblar? - Açıqlama
Şeyx 600 minlik zirehli maşını 300 minlik BMW ilə əvəzlədi - FOTOLAR
Bakıda güclü yağış yağacaq
İdarə rəisinin müavini yenidən həbs edilib - 21 ay sonra
Pensiyaçıların dəfn pulu 1500 manata qaldırılır
Prezident sabiq futbolçuya 9 milyonluq maşın bağışlayıb
TƏBİB zəhərlənə tələbələr haqda açıqlama yaydı
İmişlidə qəzada xəsarət alan məktəblilərdən biri Bakıda klinikada vəfat edib - Açıqlama
Bloger-jurnalist adı altında pul tələb edən şəxs saxlanılıb
49 yaşlı Cəmaləddin Bayramov saxlanılıb
Bələdiyyə seçkiləri: bülletenlər DSK-lara paylanır
"Ulduz” jurnalının Ankarada xüsusi buraxılışı çıxıb - FOTO
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verdi
DİN saxta mesajlarla bağlı əhaliyə müraciət edib: "Ehtiyatlı olun!"
Çempionlar Liqası: hansı komandalar qalib gəldi?
Türkiyənin 43 şəhərində eyni anda əməliyyat: 240 terrorçu saxlanılıb
Azərbaycan neftinin qiyməti açıqlandı
İmişlidə məktəblilərin ölümü... - DİN rəhbərliyi zərərçəkənləri qəbul edib, görüntülər göstərilib, onları istintaqın gedişi ilə bağlı məlumatlandırıblar
Sabunçuya rəis təyin olunub
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb