Rusiya Ukraynanın işğal olunmuş əraziləri ilə bağlı 8 illik plan hazırlayır

img

03-05-2022 [14:58]


“Rusiya Ukraynanın cənubundakı müvəqqəti işğal olunmuş əraziləri Krıma birləşdirmək barədə düşünür”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilir ki, həmin ərazilərin ilhaqı və sonradan iqtisadi inteqrasiya planının hazırlanması planlaşdırılır.

“Bunun üçün 2030-cu ilə qədər müddət ayırılıb. Üzərlərində “Rusiya”, “Donbas Respublikası”, “Mariupol”, “hərbi-mülki administrasiya” sözləri yazılmış möhürlər hazırlanır”, - məlumatda bildirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR