Almaniya XİN: "Rusiyanın tələb etdiyi sülh təhlükəsizlik vəd etmir, əksinə..."

img

01-05-2022 [18:07]


Rusiyaya qarşı sanksiyaların ləğvi yalnız qoşunlarının Ukrayna ərazisindən çıxarılması halında mümkündür.

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “Bild am Sonntag” qəzetinə müsahibəsində bildirib.

"Atəşkəs yalnız ilk addım ola bilər. Bizə aydındır ki, sanksiyalar yalnız Rusiya qoşunlarını çıxaracağı təqdirdə ləğv ediləcək", - nazir qeyd edib.

A.Berbok qeyd edib ki, Rusiyanın diktə etdiyi sülh nə Ukraynaya, nə də Avropaya istənilən təhlükəsizliyi gətirməyəcək: "Ən pis halda bu, növbəti müharibəyə, hətta sərhədlərimizə daha da yaxınlaşmağa dəvət olacaq. Heç bir ölkə müharibədə qalib gələ bilməz və burada yalnız uduzanlar olacaq"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR