Podolyak: "Medvedçuka Moskvanın  ehtiyacı yoxdur"

img

29-04-2022 [11:18]


“Ukraynadakı rusiyayönümlü qüvvələrin lideri Viktor Medvedçukun Moskvada lazımsız olduğu üzə çıxıb”.

Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Medvedçuku nüfuzlu və vacib şəxs kimi qələmə verirdilər. Amma məlum oldu ki, ona praktiki olaraq ehtiyac yoxdur. Biz öz oğullarımızı onunla dəyişlə bilmərik”, - o söyləyib/Report

Xatırladaq ki, Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçuk bundan əvvəl Ukrayna və Rusiya prezidentlərinə müraciət edərək onu Mariupolun müdafiəçiləri və mülki şəxsləri ilə dəyişməyi xahiş etmişdi.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA